Böyük Britaniyanın Brayton şəhərində Beynəlxalq İngilis Dili Müəllimləri Assosiasiyasının (IATEFL) 57-ci Konfransı öz işinə başlayıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, konfransda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyin direktor müavini Orxan Abbasov, həmçinin Britaniya Şurasının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva, Azərbaycan Respublikası Təhsil İnstitunun Layihələrin idarə olunması şöbəsinin müdiri Sevinc Əliyeva iştirak edib. 
 
Qeyd edək ki, IATEFL 50 ildən çoxdur ki, ingilis dilinin tədrisi üzrə mütəxəssislərin inkişafını dəstəkləyir, onların arasında fikir və təcrübə mübadiləsi, eləcə də əlaqələr yaratmaq məqsədilə hər il 2000-dən artıq peşəkarı bir araya gətirən beynəlxalq konfrans təşkil edir.
 
Konfrans aprelin 19-dək davam edəcək.