İdman və mədəniyyət sahəsi üzrə istedadlı şagirdlər üçün də yarışlar təşkil olunacaq.
 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı Ali Neft Məktəbində təşkil olunan “Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin açılışında öz çıxışı zamanı qeyd edib.
 
 
O bildirib ki, biz bu müsabiqədə iştirak edən şagirdlərlə qürur duyuruq, lakin burada iştirak edə bilməyən istedadlı şagirdlərimiz də var.
 
 
"Sadəcə, biz həmin şagirdlərin hansı istiqamətdə istedadlı olmalarını müəyyənləşdirməliyik. Bu istiqamətdə Gənclər və İdman Nazirliyi və Mədəniyyət Naziriyi ilə birgə addımlar atacağıq və bir neçə ildən sonra bunun nəticələrini görəcəyik. Gələcəkdə yarışlarda texniki fənn təmayüllü liseylərlə yanaşı, mədəni və idman sahəsində istedadlı şagirdlərimiz də iştirak edəcəklər".