Sərgidə kitabxananın fondlarında qorunan kitablar nümayiş olunur


AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərgi salonunda 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağının 100 illiyi münasibətilə sərgi açılıb. Sərgidə kitabxananın fondlarında qorunan “Bayrağımız sarsılmaz” (Ü.Hacıbəyli), “Milli birlik” (M.Ə.Rəsulzadə), “Dövlət bayrağına münasibət qaydası” (Ə.Əhmədov), “Milli-mənəvi dəyərimiz” (A.Həsənov), “Fəthin yolu”, “Азербайджанская Республика 100”, “Azərbaycan bayraqları”, “Azərbaycan Respublikasının dövlət rəmzləri” (İ.Əliyev, E.Məhərrəmov) və digər kitablar nümayiş olunur.    

 

Sərgidəki kitablar Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı əsasında həyata keçirilən “Milli Rəqəmsal Yaddaş (MRY) üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanılması, ekspertizası və etibarlı saxlanılması" adlı layihə çərçivəsində MEK-in elektron kataloqunda əks olunaraq MRY bazasında yerləşdirilib.     

 

Sərgi noyabrın 16-dək davam edəcək.