Şəmkir Aqroparkının tərkibində  olan  Logistik Mərkəzdə Azərbaycan Texnologiya Universitetinin (UTECA) Yüngül Sənaye mühəndisliyi və logistika fakultəsinin 4-cü kurs tələbəsi Səxavət Həsənlinin seminarı  keçirilib. “Müasir logistika mərkəzlərinin inkişaf perspektivləri” mövzusunda seminarda mərkəzinin  direktoru, mühəndisləri və aparıcı işçiləri, eləcə də UTECA-nın tələbə və müəllim heyəti iştirak ediblər.

 

Seminarda logistik mərkəzlərin hədəf indiqatorları, strateji baxış və perspektivlər, strateji yol xəritəsinin tətbiqi və əhəmiyyəti açıqlanıb. Həmçinin Bakı-Tbilisi dəmir yol xətti, Avropaya açılacaq  dəhlizdən, Bakı limanının sonrakı dövr üçün fəaliyyətindən bəhs edilib. Məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb.

 

Seminar çərçivəsində UTECA-nın müəllim və tələbə heyəti Şəmkir Aqroparkının  soyuducu anbarlar bölümünə və qablaşdırma sexinə ekskursiya ediblər.