Tədbir Həmkarlar İttifaqları Humanitar Universitetində baş tutub


Rusiyada elmi ezamiyyətdə olan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunun 200 illik yubileyinə həsr olunmuş “Rusiya və Şərq. Rusiya akademik şərqşünaslığının 200 illiyi” adlı beynəlxalq forumda iştirak edib. Tədbirdə Asiya və Avropanın 20 ölkəsindən 300-dən çox alim, Rusiya və xarici ölkələrin aparıcı elm mərkəzlərinin nümayəndələri təmsil olunub. 

        

Səfər çərçivəsində AMEA rəhbəri Sankt-Peterburq Həmkarlar İttifaqları Humanitar Universitetində təşkil olunan tədbirdə müasir Azərbaycan elminə dair mühazirə oxuyub. Akademik A.Əlizadə mühazirəsində Azərbaycan dövlətinin elm və təhsilin inkişafına göstərdiyi qayğıdan danışıb, son illər əldə olunan nailiyyətləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

       

Akademik A.Əlizadə  Sankt-Peterburq Həmkarlar İttifaqları Humanitar Universitetinin rektoru, professor Aleksandr Zapesotski ilə görüşüb, əməkdaşlıq pespektivlərinə dair müzakirələr aparıb. Görüşdə ölkəmizin Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov və AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin rəisi Zülfüqar Fərzəliyev də iştirak ediblər.