Bakı Qida Sənayesi Kollecinin tələbələri basketbol və şahmat yarışlarında fərqləniblər


Respublika Təhsil, Gənclər və İdman nazirlikləri, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyi və  “Gənclik”  Tələbə  İdman Cəmiyyəti Respublika Şurasının birgə təşkil etdikləri orta ixtisas təhsil müəssisələri  tələbələrinin Respublika birinciliyi başa çatıb.

 

Birinciliyə idmanın dama şahmat, voleybol, stolüstü tennis və basketbol (oğlan və qızlar) növləri daxil edilib.Bakı Qida Sənayesi Kollecinin tələbə idmançıları yarışların proqramına daxil olan bütün növlərdə qüvvələrini sınayıblar.

 

İki aydan artıq davam edən birincilikdə kollecin idmançıları basketbol, şahmat (oğlanlar) və basketbol (qızlar) yarışlarında ikinci və üçüncü yerləri tutublar.

 

Qalib komandalar və idmançılar respublika  Gənclər və İdman Nazirliyinin və “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının diplomu ilə təltif olunub.Kollecin həmkarlar ittifaqı təşkilatı tərəfindən isə qaliblərə pul mükafatı təqdim olunub.

 

Bakı Qida Sənayesi Kollecinin direktoru V.İsmayılov, kollecin tədris işləri üzrə direktor müavini T.Əfəndiyev, tədris hissə müdiri  A.Tapdıqov və həmkarlar təşkilatının sədri S.Şərifova idmançılara növbəti yarışlarda uğurlar arzulayıblar.