Təhsil Nazirliyinin təşkilatçılığı ilə Qazax şəhərində növbəti “Novruz mühazirəsi” keçirilir.

 

Tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, seminariyanın məzunları, rayonun pedaqoji ictimaiyyəti və media nümayəndələri iştirak edirlər.

 

Əvvəlcə mühazirə iştirakçıları Qazax şəhəri 2 nömrəli tam orta məktəbin həyətində Qazax Müəllimlər Seminariyasının 100 illiyi münasibəti ilə 100 ağac əkiblər.

 

Daha sonra millət vəkili, akademik Nizami Cəfərov tərəfindən “100 yaşlı maarif işığı: Qazax Müəllimlər Seminariyası” adlı “Novruz mühazirəsi” təqdim olunub.