Dmitri Mendeleyevin Dövri cədvəlinin yaradılmasının 150 illik yubileyi ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti “Gənc kimyaçılar elmdə”  respublika müsabiqəsini elan edir.

 

AMEA-nın həqiqi və müxbir üzvləri, habelə Azərbaycan Respublikasının elmi və ali təhsil müəssisələrinin elmi şuraları tərəfindən irəli sürülən və yaşı 35-dək olan gənc kimyaçılar müsabiqədə iştirak edə bilərlər.

 

Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər 2019-cu il mayın 25-dək AMEA-nın Kimya Elmləri Bölməsinə (Bakı ş., İstiqlaliyyət küç., 30, 4-cü mərtəbə, 403-cü otaq) təqdim edilməlidir:

 

-AMEA prezidentinin adına ərizə;

 

-Namizədin irəli sürülməsi haqqında təqdimat (təqdimatda namizəd və onun elmi nailiyyətləri haqqında ətraflı məlumat) və ya Elmi Şuranın protokolundan çıxarış;

 

-elmi əsərlərin təsdiq olunmuş siyahısı;

 

-elmi tədbirlərdə, müsabiqələrdə və s. iştirakla bağlı sənədlərin surəti;

 

-şəxsi məlumatlar (CV).

 

Qaliblərin mükafatlandırılması, onların hər birinə müvafiq diplom verilməklə aşağıdakı qaydada aparılacaq:

 

 

I yer – 1000 manat;

 

II yer – 700 manat;

 

III yer – 500 manat.

 

 

Əlavə məlumat üçün AMEA-nın Kimya Elmləri Bölməsinə müraciət etmək olar.                                 

Tel.: (+994 12) 492 15 56; e-mail: [email protected]