Çin Respublikasında "Bir Kəmər və Bir Yol Beynəlxalq Tibb Təhsili Alyansı"nın (BRIMEA) Ali Şurasının ikinci iclası və ali tibb təhsili üzrə 3-cü Beynəlxalq Forum keçirilib. Çin Tibb Universitetinin (CMU) ev sahibliyi etdiyi forumda Azərbaycan Tibb Universitetinin (ATU) beynəlxalq əlaqələr şöbəsinin mübadilə proqramları üzrə əlaqələndiricisi Müşfiq Orucov "Azərbaycanda tibb təhsili: dünəni, bu günü və sabahı" mövzusunda çıxış edib.

 

Universitetdən verilən məlumata görə, həmyerlimiz Çin Kardiovaskulyar Assosiasiyasının təşkilatçılığı ilə Suzhou və Şanxay şəhərlərinin ən yüksək reytinqli xəstəxanaları ilə tanış olub, Çin Tibb Universitetinin rəhbərliyi ilə rəsmi görüşdə universitetlər arasında əməkdaşlıq haqqında geniş müzakirələr aparıb.

 

Forum çərçivəsində Tibb Universiteti BRIMEA-nın üzvlüyünə qəbul edilib.