Oğuz rayon Mədəniyyət Mərkəzində Azərbaycan xalqının söz ustadı,  mütəfəkkir şair  İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

Rayonun rəhbər işçilərinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Oğuz rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov Nəsiminin həyat və yaradıcılığı, Azərbaycan ədəbiyyatında tutduğu mövqe barədə geniş söz açıb. Bildirilib ki, Nəsiminin zəngin irsi Azərbaycan xalqının bədii-fəlsəfi fikrində müsbət iz qoyub və bu gün də insanların mənəvi əxlaqının kamilləşməsində mühüm əhəmiyyət kəsb edir.

 

Çıxışçılar  dahi mütəfəkkirin yaradıcılığının müxtəlif məqamlarından danışıblar. Sonra  Nəsimi haqqında çəkilən filmdən fraqmentlər və ədəbi-bədii kompozisiya da nümayiş  olunub.

          

Sifai SƏFƏROVA