Yaponiyanın Ryukoku Universitetinin tarix kafedrasının elmi işçisi Şinya Şionozaki AMEA-nın Əlyazmalar İnstitutunda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq Mirzə Fətəli Axundzadənin yaradıcılığı ilə bağlı tədqiqata başlayıb.

 

Yaponiyalı elmi işçi M.F.Axundzadə yaradıcılığı ilə bağlı əlyazma materialları və əski çap kitabları ilə tanış olub. Bu işdə ona institutun  elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanova yaxından kömək edir.

 

Alim Əlyazmalar İnstitutunda  iki həftə olacaq və bu müddət ərzində  dramaturqun şəxsi arxivi ilə də yaxından tanışlıq imkanı qazanacaq.