Bütün xəbərlər
17 iyul, 17:22

Bu günün məktəbliləri öz çalışqanlıqları, olimpiadalardakı uğurları ilə yanaşı, idman sahəsində də seçilir və parlayırlar. Çox sevindirici haldır ki, bu yaxınlarda Beynəlxalq Şahmat Federasiyası (FIDE) Yasin Əzimova ustalığa namizəd (CM – Candidate Master) dərəcəsi verib. Bu nailiyyət Naxçıvan şahmat tarixi üçün əlamətdar hadisədir, çünki gənc şahmatçı bu titulu cəmi 11 yaşında qazanıb.

“Azərbaycan müəllimi” məktəbli şahmatçının uğur hekayəsini oxucuları ilə bölüşür. 

Yasin Əzimov 2014-cü ildə Naxçıvan şəhərində anadan olub. Cəmi 11 yaşında olmasına baxmayaraq, Naxçıvan Muxtar Respublikasının şahmat tarixinə adını yazdıra bilib.

Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin 6-cı sinif şagirdi olan Yasin şahmatda olduğu qədər məktəbdə də seçilən şagirlərdəndir. Vaxtının azlığına baxmayaraq, heç bir dərsindən geri qalmır, əksinə, əlaçıdır. 

Yasin şahmata 5 yaşında maraq göstərib. Ailəsinin, xüsusilə ata və nənəsinin dəstəyi ilə qısa müddətdə bölgə üzrə turnirlərdə fərqlənməyə başlayıb. 
Deyir ki, gözünü açandan atasını şahmat oynadığını görüb. Professional şəkildə şahmatçı olmasa da, əslində, Yasinə istiqaməti məhz atası verib. Onun indiki uğurunun səbəbi həm də kiçiklikdən qətiyyətli və analitik düşüncə tərzi ilə seçilməsidir: “Mütəmadi olaraq şahmat təlimləri və analizləri ilə məşğul oluram. Beynimi çox yormadan hər gün müxtəlif yarışlara hazırlaşıram. Əlbəttə, məqsədim həmişə milli və beynəlxalq nailiyyətlər əldə etməkdir”.


Uğurlarına gəlincə, hələ 8 yaşında olarkən Avropa çempionatına qatılan Yasin orada 5-ci yerə layiq görülüb. Deyir ki, həmin vaxt ilk dəfə Avropa üzrə yarışda iştirak edib: “Ona görə də bir az həyəcanlı idim və rəqiblərim də güclü idi. Amma orada özümə söz verdim ki, daha da yaxşı hazırlaşacağam və çempion olacağam”. 

Sözünü tutaraq 2023-cü ildə 9 yaşlılar arasında keçirilən Azərbaycan çempionatının 2-cisi olub, həmin il Albaniyanın Durres şəhərində keçirilən Avropa Məktəblilər Şahmat Çempionatından isə ölkəmizə qızıl medalla qayıdıb. 2024-cü ildə - artıq 10 yaşında ikən öz yaş qrupunda Azərbaycan çempionu olub. Nəhayət, bu il 2058 reytinq xalını toplayaraq CM (Candidate Master) tituluna layiq görülüb.

Yasinin uğurunun arxasında əlbəttə ki, ailə dəstəyi dayanır. Atası Şahin Əzimov həm maliyyə, həm də mənəvi baxımdan bu yolda Yasinə dəstək olur, onun təkcə şahmatçı kimi deyil, insan kimi formalaşmasına da böyük diqqət ayırır.

Yasinin bu uğurlarında müəllimlərinin də böyük rolu var. 

Hədəflərinə gəldikdə, deyir ki, bu uğur hələ onun üçün başlanğıcdır: “FM (FIDE Master) və daha sonra IM (International Master) tituluna sahib olmaq, FIDE dünya reytinqində ilk 100-lüyə daxil olmaq və Azərbaycanın şahmat tarixində yeni iz qoymaq istəyirəm”.

Yasin Əzimovun uğur hekayəsi onu göstərir ki, düzgün istiqamətləndirilmiş istedad, güclü ailə dəstəyi və əzmlə çalışmaq hər yaşda uğurun açarı ola bilər. O, Naxçıvanın və Azərbaycanın fəxri olmaq üçün irəliləyir və şübhəsiz ki, gələcəyin böyük ustalarından biri olacaq.

Məlumat üçün bildirək ki, bu zamanadək Naxçıvan Muxtar Respublikasında 1 qrossmeyster, 3 beynəlxalq usta, 1 FIDE ustası, 2 qadın FIDE ustası, 2 ustalığa namizəd, 1 beynəlxalq hakim, 2 FIDE hakimi qeydiyyata alınıb.

Şərhlər

Xəbər lenti

20 avqust, 09:21

Azərbaycan Milli Konservatoriyası vakansiya elan edib

19 avqust, 17:09

Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb

19 avqust, 17:03

Qarabağ Universitetində şöbə müdiri vakansiyası elan olunub

19 avqust, 16:53

Gündə 30 dəqiqəlik oxu vərdişi beyin fəaliyyətini gücləndirir

19 avqust, 16:48

Magistraturanın boş qalan plan yerlərinə qəbulun nəticələri AÇIQLANDI

19 avqust, 16:42

Rezidenturaya qəbul olunan namizədlərin elektron qeydiyyatı başlayır

19 avqust, 15:06

Dərs otağından yay düşərgəsinə: Bahar müəllimin fərqli dərsləri

19 avqust, 14:41

Süni intellekt dövründə təhsil: Məktəblərdə yumşaq bacarıqlar necə öyrədilməlidir?

19 avqust, 14:30

"Evrika!” anı qəfil yaranır? – Alimlərdən maraqlı araşdırma

19 avqust, 13:58

Alimlər ən “süni” bakteriyanı yaradıblar 

19 avqust, 13:43

2030-cu ilədək Çinin bütün orta məktəblərində süni intellekt tətbiq ediləcək

19 avqust, 13:22

BANM tələbələri beynəlxalq proqramda 7000 ABŞ dolları mükafat qazanıblar

19 avqust, 13:05

Gəncə və Goranboyda yenilənmiş tam orta məktəblərə qəbul həyata keçirilir

19 avqust, 12:47

Geomaqnit qasırğası gözlənilir

19 avqust, 12:31

Sabahın hava proqnozu açıqlanıb

19 avqust, 12:26

Sertifikatlaşdırmada yüksək nəticə göstərənlər üçün xüsusi təşəbbüs reallaşdırılıb

19 avqust, 12:22

Yataqxanalarla bağlı normalar təsdiq olunub – QƏRAR

19 avqust, 12:13

2025-2026-cı tədris ilində ABŞ-də beynəlxalq tələbə qəbulu azalacaq

19 avqust, 11:55

Oyuncaq sabitlik simvolu olmalıdır

19 avqust, 11:41

BMU ilə Səmərqənd Dövlət Universiteti arasında əməkdaşlıq müzakirə olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.