Bütün xəbərlər
5 avqust, 12:28

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) 2025-ci ilin avqust ayında “Enerji təhlükəsizliyi və transformasiya” mövzusunda “Yay məktəbi” təşkil edəcək. 

Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, Bakı şəhərində keçiriləcək bu akademik proqram enerji sahəsində mövcud çağırışları, qlobal tendensiyaları və davamlı inkişaf strategiyalarını interaktiv şəkildə müzakirə etmək üçün beynəlxalq və yerli tələbələri bir araya gətirəcək.

Yay məktəbi iqtisadiyyat, enerji, mühəndislik və bu sahələrlə əlaqəli ixtisaslar üzrə təhsil alan bakalavr və magistr pilləsi tələbələri üçün nəzərdə tutulub. Proqram tamamilə ingilis dilində keçiriləcək və iştirakçılar sonda ADNSU tərəfindən rəsmi sertifikatla təltif olunacaqlar.

Proqram çərçivəsində iştirakçılar beş gün ərzində səhərlər üç saatlıq akademik sessiyalarda – mühazirələr, seminarlar və diskussiyalarda iştirak edəcəklər. Sessiyalar yerli və beynəlxalq ekspertlərin iştirakı ilə baş tutacaq. Günün ikinci yarısı isə iştirakçılar üçün müxtəlif sənaye obyektlərinə ziyarətlər və təcrübəyə əsaslanan fəaliyyətlər nəzərdə tutulub. Bundan əlavə, mədəni və sosial proqramlar da Yay Məktəbinin ayrılmaz hissəsidir. Bu proqram çərçivəsində tələbələr Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmaq, yerli iştirakçılarla fikir mübadiləsi aparmaq imkanı əldə edəcəklər.

Yay məktəbinin tədris mövzularına enerji bazarının inkişaf dinamikası, qlobal enerji siyasətinin ekoloji təsirləri, davamlı enerji mənbələrinin əhəmiyyəti, neft-qaz sənayesində proseslərin təhlükəsizliyi və aşağı karbonlu gələcək üçün tənzimləyici çərçivələr daxildir.

İştirak üçün iki fərqli paket təklif olunur. Proqram və 4 nəfərlik yataqxana otağında qalmaq daxil olmaqla ümumi qiymət 351 avro, 2 nəfərlik otaq seçimi ilə isə 423 avrodur. Hər iki paketə təlimlər, materiallar, hava limanı transferi, gündəlik üç dəfə yemək, ekskursiyalar və bütün inzibati dəstək daxildir.

Proqrama müraciət etmək istəyən şəxslər CV, motivasiya məktubu və pasportun surətini PDF formatında təqdim etməlidirlər. Müraciətlərin son qəbul tarixi 20 avqust 2026-cı ildir. Əlavə məlumat və qeydiyyat üçün sabina.aliyeva.t@asoiu.edu.az e-poçt ünvanı və +994 55 774 00 44 nömrəsi vasitəsilə əlaqə saxlamaq mümkündür.

ADNSU “Yay məktəbi” 2025 enerji sahəsində nəzəri və praktiki bilikləri birləşdirən, akademik və mədəni baxımdan zəngin bir təcrübə vəd edir.

Şərhlər

Xəbər lenti

6 avqust, 17:06

Ötən ay xaricdə təhsil alan 587 nəfərin diplomu tanınıb

6 avqust, 15:57

Çilidə Dünya Müəllimləri Sammiti keçiriləcək

6 avqust, 15:17

Ali məktəblərin akkreditasiya meyarlarının növbəti müzakirəsi keçirilib

6 avqust, 15:12

Böyük Britaniyaya təhsil almağa gedən tələbələrin NƏZƏRİNƏ!

6 avqust, 13:54

Qarabağ Universitetində rus və ingilis bölmələri üzrə tələbə qəbulu aparılacaq?

6 avqust, 13:34

ADNSU ilə Vorvik Universiteti arasındakı ikili diplom proqramı çərçivəsində “Yay məktəbi” təşkil olunub

6 avqust, 13:33

Cənub bölgəsində yeni liseylər fəaliyyətə başlayır

6 avqust, 13:30

Samir Babayev: Qarabağ Universitetində tibb təhsili nadir universitetlərdə tədris edilən proqramla aparılacaq – MÜSAHİBƏ

6 avqust, 12:58

Sabahın hava proqnozu açıqlanıb

6 avqust, 12:49

Lənkəranda gimnaziyanın bağlanması ilə bağlı məlumatlara rəsmi münasibət bildirildi

6 avqust, 11:39

Diaspor gəncləri Qarabağ Universitetində olublar

6 avqust, 11:18

Lisey və gimnaziyalara seçim prosesi başlayır

6 avqust, 11:10

Naxçıvanın təhsil nazirinin müavini vəzifəsindən azad edilib

6 avqust, 11:05

Bölgə gənclərinin rəqəmsal və süni intellekt savadlılığı artırılır

6 avqust, 10:53

Anasının arzusunu gerçəkləşdirdi – Region birincisi olan Nəzrinin uğur hekayəsi

6 avqust, 10:16

“Bambuk məktəb" nümunəsi

6 avqust, 09:48

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir

6 avqust, 09:34

BDU-da Süni İntellekt Etikası üzrə Gənclər Forumu keçiriləcək

6 avqust, 09:29

Bu gündən MİQ üzrə vakansiya seçimi başlayır

5 avqust, 17:42

Tələbələrin köçürülməsi üzrə nəticələr AÇIQLANDI 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.