Bütün xəbərlər
6 avqust, 12:49

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Lənkəran şəhəri Xarici dillər təmayüllü internat tipli gimnaziyanın fəaliyyətinin dayandırılması, ibtidai siniflərin ləğv olunması və ya digər təhsil müəssisələrinə köçürülməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

“Azərbaycan müəllimi” xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Son günlər Lənkəran şəhəri Xarici dillər təmayüllü internat tipli gimnaziyanın fəaliyyətinin dayandırılması, ibtidai siniflərin ləğv olunması və ya digər təhsil müəssisələrinə köçürülməsi ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar yayılıb. 

Qeyd etmək istərdim ki, sözügedən təhsil müəssisəsində yeni tədris ilindən təmayül istiqamətlərinin genişləndirilərək xarici dillərlə yanaşı, digər humanitar sahələri də əhatə etməsi planlaşdırılır. Xarici dillər istiqamətində təhsil alan şagirdlərin təhsili məhdudlaşmır, əlavə olaraq sosial-humanitar (tarix və s.) istiqamətlərdə yeni imkanlar yaradılır. Bu isə şagirdlərin seçim imkanlarını artırmaqla yanaşı, onların maraq və biliklərinə uyğun daha geniş təhsil mühiti formalaşdıracaq.

Həmçinin təhsil müəssisəsindəki ibtidai sinif şagirdlərinin başqa müəssisələrə köçürülməsi, yeməkxananın ləğv edilməsi və müəssisədə çalışan əməkdaşların fəaliyyətinə xitam verilməsi məsələləri müzakirə mövzusu deyil. Şagirdlər əvvəlki illərdə olduğu qaydada təhsillərini öz gimnaziyalarında (uzadılmış gün rejimində) davam etdirəcəklər. Hazırda birinci siniflərə qəbul prosesi davam edir.

Qısası, təhsil müəssisəsi öz fəaliyyətini tam qaydasında davam etdirir və yeni tədris ilinə daha geniş imkanlarla hazırlaşır". 

Şərhlər

Xəbər lenti

6 avqust, 17:06

Ötən ay xaricdə təhsil alan 587 nəfərin diplomu tanınıb

6 avqust, 15:57

Çilidə Dünya Müəllimləri Sammiti keçiriləcək

6 avqust, 15:17

Ali məktəblərin akkreditasiya meyarlarının növbəti müzakirəsi keçirilib

6 avqust, 15:12

Böyük Britaniyaya təhsil almağa gedən tələbələrin NƏZƏRİNƏ!

6 avqust, 13:54

Qarabağ Universitetində rus və ingilis bölmələri üzrə tələbə qəbulu aparılacaq?

6 avqust, 13:34

ADNSU ilə Vorvik Universiteti arasındakı ikili diplom proqramı çərçivəsində “Yay məktəbi” təşkil olunub

6 avqust, 13:33

Cənub bölgəsində yeni liseylər fəaliyyətə başlayır

6 avqust, 13:30

Samir Babayev: Qarabağ Universitetində tibb təhsili nadir universitetlərdə tədris edilən proqramla aparılacaq – MÜSAHİBƏ

6 avqust, 12:58

Sabahın hava proqnozu açıqlanıb

6 avqust, 11:39

Diaspor gəncləri Qarabağ Universitetində olublar

6 avqust, 11:18

Lisey və gimnaziyalara seçim prosesi başlayır

6 avqust, 11:10

Naxçıvanın təhsil nazirinin müavini vəzifəsindən azad edilib

6 avqust, 11:05

Bölgə gənclərinin rəqəmsal və süni intellekt savadlılığı artırılır

6 avqust, 10:53

Anasının arzusunu gerçəkləşdirdi – Region birincisi olan Nəzrinin uğur hekayəsi

6 avqust, 10:16

“Bambuk məktəb" nümunəsi

6 avqust, 09:48

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir

6 avqust, 09:34

BDU-da Süni İntellekt Etikası üzrə Gənclər Forumu keçiriləcək

6 avqust, 09:29

Bu gündən MİQ üzrə vakansiya seçimi başlayır

5 avqust, 17:42

Tələbələrin köçürülməsi üzrə nəticələr AÇIQLANDI 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.