Bütün xəbərlər
4 sentyabr, 09:29

Sentyabrın 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Türkiyə və Amerika Birləşmiş Ştatlarının (ABŞ) universitetlərinin nümayəndələri ilə görüş keçirilib. İstanbul Texniki Universiteti, Yıldız Texniki Universiteti, Arizona Universiteti və Arlinqton Texas Universitetinin professor heyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Asəf Zamanovilə keçirilən görüşdə ADNSU-nun Neft-Mexanika fakültəsinin (NMF) və Riyaziyyat kafedrasının professor-müəllim heyəti də iştirak ediblər.

“Azərbaycan müəllimi” xəbər verir ki, ADNSU-nun rektoru, dosent Rüfət Əzizov əvvəlcə qonaqları salamlayaraq universitetin tarixi, tədris prosesi və inkişaf istiqamətləri barədə məlumat verib. O, ADNSU-nun elmi-tədqiqat universitetinə çevrilməyi  və elmmetrik bazalarda universitetin mövqeyini möhkəmləndirməyi hədəflədiyini, bu məqsədlə beynəlxalq əməkdaşlığın və tərəfdaşlarla birgə elmi və riyazi araşdırmaların  aparılmasının xüsusi önəm daşıdığını deyib.

Görüşdə qonaqlar təmsil etdikləri ali təhsil müəssisələri və elmi təddiqat imkanları eləcə də gələcək innovative hədəflərdən danışıblar. Tərəflər arasında riyaziyyat sahəsində sinerji yaradılması, riyazi hesablamalar və dataların emalı, optimal idarəetmə üzrə birgə elmi araşdırmalar, həmçinin universitetlərarası inteqrasiya imkanları müzakirə olunub.

Bildirilib ki, ADNSU ilk HPC (High Performance Computing) laboratoriyasını istifadəyə veriliib və hazırda elmi tədqiqatlar aparılır.

Sonda qonaqlar Heydər Əliyev Muzeyi, Mineralogiya Muzeyi, Kibertəhlükəsizlik laboratoriyası və Türkiyə-Azərbaycan Dostluq Mərkəzini ziyarət ediblər.

1 /10

Şərhlər

Xəbər lenti

5 sentyabr, 18:47

Paytaxtda sentyabr konfransının ikinci günündə nələr müzakirə edildi?

5 sentyabr, 17:49

BŞTİ-də kitabxanaçı müsahibəsinin apellyasiya mərhələsi başlayır

5 sentyabr, 17:44

Peşə təhsili müəssisələrində yeni tədris ili öncəsi təlimlər keçirilib

5 sentyabr, 16:42

43 yaşında 9-cu sinif məzunu oldu – Şəhla Mirzəyevanın uğur hekayəsi

5 sentyabr, 16:27

ADNSU və 4SİM əməkdaşlıq imkanlarını müzakirə edib

5 sentyabr, 14:29

TİF ilə Dünyagöz xəstəxanası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

5 sentyabr, 14:12

Mingəçevir Dövlət Universiteti əmək yarmarkasında təmsil olunub

5 sentyabr, 13:53

Türkiyə-Azərbaycan Universiteti müəllim vakansiyası elan edir

5 sentyabr, 13:48

Məktəb qapısından evədək: Uşaqların təhlükəsizliyi necə qorunur?

5 sentyabr, 12:25

Sinfi necə idarə edəcəyəm? – Gənc müəllimlərin ilk dərs günü 

5 sentyabr, 12:06

Böyük xərc, kiçik diplom: Sərmayənizi təhlükəyə atmayın!

5 sentyabr, 11:57

33 nəfər DP-də iştirakdan imtina edib, əvəzinə yeni namizədlər seçilib

5 sentyabr, 11:48

ICPC dünya finalının bağlanış və mükafatlandırılma mərasimi keçirilib

5 sentyabr, 11:28

Bu universitetə yeni prorektor təyin olunub

5 sentyabr, 11:20

Yeni Nobel mükafatçılarının adları bu tarixlərdə açıqlanacaq

5 sentyabr, 10:42

Dissertasiya yazmaq biznesə çevrilib: Şirkətlər yazır, tələbələr müdafiə edir

5 sentyabr, 10:30

Diplomat olmaq istəyən gənc: Azərbaycandan Koreyaya uzanan yol

5 sentyabr, 09:59

Bu regionun kənd məktəbləri şəhər məktəblərini geridə qoydu 

5 sentyabr, 09:59

Emin Əmrullayev Özyeğin Universitetinin rektoru ilə görüşüb

5 sentyabr, 09:33

Dərs saatı az olan müəllimlər üçün fürsət - Qeydiyyat başlayır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.