Bütün xəbərlər
2 iyun, 14:06

“İlkin mərhələdə, yəni 2022, 2023 və 2024-cü illərdə görülən işlərin nəticələri artıq özünü göstərməyə başlayıb”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Qarabağ Universitetində keçirilən forumdan sonra jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, növbəti illərdə onlarla məktəbin istifadəyə verilməsi planlaşdırılır:

“Paralel olaraq, kəndlərdə onlarla məktəb istifadəyə veriləcək. Məsələn, cənab Prezidentin hər səfəri zamanı, demək olar ki, yeni bir məktəbin açılışı həyata keçirilir. İnanıram ki, növbəti tədris ilində istifadəyə verilmiş təhsil müəssisələrinin sayı 40-a çata bilər” ,– deyə nazir bildirib.

Emin Əmrullayev vurğulayıb ki, hazırda işğaldan azad edilmiş ərazilərdə 20-dən çox təhsil müəssisəsi fəaliyyət göstərir:
“Həmin ərazilərdə 2200-ə yaxın şagird təhsil alır. Onların 300-ə yaxını məktəbəqədər təhsil müəssisələrinə cəlb olunub. Bu rəqəmlər hər gün artır”, – deyə o qeyd edib.

Nazir əlavə edib ki, artıq bir sıra məktəblər istifadəyə verilib və növbəti tədris ilində fəaliyyətə başlayacaq:

“Bəzi məktəblər artıq açılıb, bəzilərinin isə yaxın zamanda açılışı gözlənilir. Bunlar arasında şəhər tipli məktəblər də var. Məsələn, Ağdam, Zəngilan və Kəlbəcər şəhərlərində yerləşən məktəbləri qeyd edə bilərik. Bu, qürurverici bir prosesdir və düşünürəm ki, yaxın gələcəkdə biz artıq bu məktəblərin sayını hesablamağa belə ehtiyac duymayacağıq”.

Şərhlər

Xəbər lenti

19 avqust, 17:09

Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb

19 avqust, 17:03

Qarabağ Universitetində şöbə müdiri vakansiyası elan olunub

19 avqust, 16:53

Gündə 30 dəqiqəlik oxu vərdişi beyin fəaliyyətini gücləndirir

19 avqust, 16:48

Magistraturanın boş qalan plan yerlərinə qəbulun nəticələri AÇIQLANDI

19 avqust, 16:42

Rezidenturaya qəbul olunan namizədlərin elektron qeydiyyatı başlayır

19 avqust, 15:06

Dərs otağından yay düşərgəsinə: Bahar müəllimin fərqli dərsləri

19 avqust, 14:41

Süni intellekt dövründə təhsil: Məktəblərdə yumşaq bacarıqlar necə öyrədilməlidir?

19 avqust, 14:30

"Evrika!” anı qəfil yaranır? – Alimlərdən maraqlı araşdırma

19 avqust, 13:58

Alimlər ən “süni” bakteriyanı yaradıblar 

19 avqust, 13:43

2030-cu ilədək Çinin bütün orta məktəblərində süni intellekt tətbiq ediləcək

19 avqust, 13:22

BANM tələbələri beynəlxalq proqramda 7000 ABŞ dolları mükafat qazanıblar

19 avqust, 13:05

Gəncə və Goranboyda yenilənmiş tam orta məktəblərə qəbul həyata keçirilir

19 avqust, 12:47

Geomaqnit qasırğası gözlənilir

19 avqust, 12:31

Sabahın hava proqnozu açıqlanıb

19 avqust, 12:26

Sertifikatlaşdırmada yüksək nəticə göstərənlər üçün xüsusi təşəbbüs reallaşdırılıb

19 avqust, 12:22

Yataqxanalarla bağlı normalar təsdiq olunub – QƏRAR

19 avqust, 12:13

2025-2026-cı tədris ilində ABŞ-də beynəlxalq tələbə qəbulu azalacaq

19 avqust, 11:55

Oyuncaq sabitlik simvolu olmalıdır

19 avqust, 11:41

BMU ilə Səmərqənd Dövlət Universiteti arasında əməkdaşlıq müzakirə olunub

19 avqust, 11:40

Məktəbəhazırlıq qruplarına 23 mindən çox uşaq qeydiyyatdan keçib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.