Bütün xəbərlər
14 aprel, 15:03

Bakıda 4SİM və “Binance Academy” tərəfindən kriptovalyuta və blokçeyn təlimləri keçiriləcək.

“Azərbaycan müəllimi” xəbər verir ki, 4SİM və kriptovalyuta və blokçeyn sahəsində tanınmış tədris platforması olan “Binance Academy”nin təşkilatçılığı, ASAN İnnovativ İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən Blokçeyn Tədris Mərkəzinin dəstəyi ilə Bakıda 3 günlük intensiv "CryptoA2Z" təlimləri keçiriləcək.

Bu təlim proqramı, kriptovalyuta və blokçeyn sahəsində biliklərini artırmaq istəyən həmçinin bu sahəni yeni öyrənmək istəyənlər üçün nəzərdə tutulub. Təlimlər 2025-ci il aprel ayının 25, 26 və 27-i tarixlərində təşkil olunacaq.

Tədris proqramında əhatə olunacaq əsas mövzular:

  • Kriptovalyuta nədir? Tarixi və əsas anlayışlar;

  • Blokçeyn necə işləyir? (Desentralizasiya, tranzaksiyalar və s.);

  • Binance ekosisteminə giriş;

  • Kripto təhlükəsizliyi: Fırıldaqçılıqlardan necə qorunmalı?

  • Memkoinlər, DeFi, NFT və Web3 haqqında ilkin məlumat;

  • Öz kripto hesabınızı necə yaratmalı;

  • Kriptonun real həyatda tətbiqi;

  • Bu sahədə karyera imkanları və startap qurmaq.

Proqram interaktiv formada keçiriləcək – oyunlar, viktorinalar, sual-cavab sessiyaları və iştirakçılar üçün xüsusi həvəsləndirici tapşırıqlar nəzərdə tutulub. Təlimin sonunda aktiv iştirakçılar “Binance” şirkətindən hədiyyələr, platformada depozit fürsətləri və digər sürprizlərlə mükafatlandırılacaqlar.

Tədbirin məqsədləri:

  • Azərbaycanda “Binance” ekosistemini tanıtmaq və genişləndirmək;

  • Yerli dövlət qurumları ilə əməkdaşlığı gücləndirmək.

Təlim ingilis dilində keçiriləcək. Təlimin sonunda iştirakçılara rəsmi sertifikat təqdim ediləcək.

İştirak etmək istəyənlər üçün qeydiyyat linki: https://meetup.binance.events/e/azerbaijan-education

Şərhlər

Xəbər lenti

16 may, 22:11

ADNSU-da “Brain Ring” intellektual yarışı keçirilib

16 may, 22:03

BDU-da geologiya muzeyinin açılışı olub

16 may, 20:19

Məktəblilərimiz ABŞ-də bürünc medal qazandılar

16 may, 18:18

Rektor ADPU-nu robot olimpiadasında təmsil edən komandanın üzvləri ilə görüşüb

16 may, 18:15

Dərsi muzeydə keçmək olar

16 may, 18:06

AzMİU-da "Sağlam həyat – sağlam gələcək” adlı maarifləndirmə aksiyası keçirilib 

16 may, 18:00

RFO-da qalib sayına görə fərqlənən ən yaxşı məktəblərin adları açıqlandı – SİYAHI

16 may, 17:56

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

16 may, 17:43

ADPU-nun Şamaxı filialında elmi-nəzəri konfrans keçirilib

16 may, 17:40

Nəvai Dövlət Universitetinin müəllimləri ADPU-da təcrübə keçiblər

16 may, 17:36

“Zəkaların mübarizəsi” olimpiadasının iştirakçıları ekskursiya olublar

16 may, 17:10

Lənkəranda “Gənclərin Peşə Bələdçisi” düşərgəsi keçirilir 

16 may, 17:06

I sinfə 10 gün ərzində 102.500 uşağın sorğusu tamamlanıb

16 may, 16:57

Narkomaniya və cinayətkarlıq: Gənclər hüququ öyrənirlər

16 may, 16:53

Siena Əcnəbilər Universitetinin nümayəndə heyəti AzMİU-da olub

16 may, 16:39

İmtahan zamanı bildiklərimizi niyə unuduruq?

16 may, 16:26

Monitorinqlə bağlı valideynlərə ÇAĞIRIŞ

16 may, 16:09

Mayın 4-də keçirilən test imtahanının nəticələri elan olunub

16 may, 16:02

Peşəsini sevərək seçənlər: Gələcəyin ustaları - REPORTAJ

16 may, 15:25

BDU tələbələri narkomaniyanın fəsadları barədə maarifləndirilir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.