Bütün xəbərlər
16 may, 17:40

12-16 may tarixlərində Özbəkistanın Nəvai Dövlət Universitetinin bir qrup müəllimi iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın genişləndirilməsi, akademik bilik və təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) təcrübə keçiblər. 

ADPU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, universitetin Praktik ingilis dili kafedrasının müdiri Dilfuza Qafurova, kafedranın dosenti İstamova Dilnoza və kafedranın baş müəllimi Burhanova Məmurə ADPU-nun infrastruktur imkanları, tədris mühiti ilə yaxından tanış olublar. Qonaqlara həmçinin ADPU-nun zəngin fonda malik Kitabxana-İnformasiya Mərkəzinin fəaliyyəti və müasir texnoloji imkanları haqqında ətraflı məlumat verilib.

Daha sonra müəllimlər Filologiya fakültəsinin İngilis dili müəllimliyi ixtisası üzrə təhsil alan III kurs tələbələri üçün mühazirələr keçib, onlarla interaktiv şəkildə müxtəlif mövzularda müzakirələr aparıblar. Mühazirələr zamanı müasir tədris metodları, dil öyrətmədə tətbiq olunan yanaşmalar və beynəlxalq təcrübə barədə məlumatlar tələbələrin marağına səbəb olub.

1 /4

Şərhlər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.