Bütün xəbərlər
16 may, 14:20

“İmtahan” sözünü eşidən kimi böyüklərin ürəyi əsir. Təsəvvür edin, bu söz balacaların həyatına daxil olur: məktəb həyatı ilə ilk görüş, ilk müsahibə, ilk dəyərləndirmə. Maraqlıdır ki, bir çox hallarda uşaqlar bu prosesə böyüklərdən daha sakit və özünəinamlı yanaşırlar.

“Azərbaycan müəllimi” müşahidəçi kimi Gəncə məktəblərinin rus bölməsi üzrə I sinfinə qəbul prosesinin müsahibələrində iştirak edib.

Balacaların rahatlığı, böyüklərin həyəcanı 

Məktəb binasının həyətində və dəhlizlərində gərginliklə qarışıq həyəcan var. Valideynlər gözlərini uşaqlarından çəkmir, bəziləri isə addımbaşı "yaxşı danış, yadında saxla" kimi təlimatları təkrarlayır. Amma əllərində oyuncaqlar olan uşaqlar daha rahatdırlar, onların aləmində bu, bir sınaqdan çox, oyun kimi görünür.

Qısa və özgüvənli cavab

İlk tanışlığım Tunar Qurbanovla oldu. Sakitcə gözləyirdi, amma baxışları hər şeyə hazır olduğunu göstərirdi. Soruşuram:

– Həyəcanlısan?
– Yox! – deyə cavab verir, heç tərəddüd də etmir.

Tunar deyir ki, evdə rus dilində danışırlar, imtahana da anası ilə hazırlaşıb. SəbiMəktəbə getmək üçün səbirsizlənir və özünə əmindir. Bu qısa, lakin dolğun cavab onun psixoloji hazırlığını tam göstərir.

Danışmasa da, cavabı var

Miray Nurməhəmmədi isə daha utancaqdır. Azərbaycan dilində danışmasa da, dediklərimizi başa düşür. 

Anası deyir ki, o, evdə yalnız rusca danışır və müsahibəyə ciddi hazırlaşıb. Gözlərindəki diqqət, susqunluq içindəki hazır cavablar sanki “növbəm gəlsin, göstərəcəm”,- deyir.

Anasının əlinə sığınan balaca ürək

Emil Abbaszadə bir az həyəcanlı görünür. Anasının əlindən bərk tutub, gözünü komissiya otağından çəkmir. 

Danışdıqca görünür ki, məktəbə getmək istəyir, amma bu ilk addımda bir qədər ehtiyatlı davranır. Deyir ki, bacısı da rus bölməsində oxuyur və özü də artıq məktəbli olmağa hazırdır.

Balaca qızın xatirindəki an

Mələk Əliyeva isə artıq bu böyük sınaqdan uğurla çıxan balacalardandır. Onunla söhbətimiz zamanı özünəinamı, aktivliyi və səlis rus dili biliyi dərhal hiss olunur. Müsahibədə iştirak etdiyi 12 may tarixini özü də dəqiqliklə xatırlayır və əlavə edir:

“Otağa girəndə qapını döydüm və rus dilində salamladım. Bu, müəllimlərin xoşuna gəldi, çünki güldülər. Sonra məndən suallar soruşdular, şəkil göstərdilər, danışdım. Müəllimlər mənə yaxşı cavab verdiyimə görə “smaylik” qoydular”.

Mələyin qardaşı da Gəncə şəhər 7 nömrəli məktəbdə rus bölməsində oxuyur. Valideyni Qumru xanım deyir ki, ailədə hamı rus dilində danışır və buna görə Mələk bu dili rahat mənimsəyib:

“Müsahibə çox şəffaf keçdi. Müəllimlər çox pozitiv idilər, gülərüz qarşıladılar. Mələyə əsasən dünyagörüşü ilə bağlı suallar verdilər. Bizim üçün də şərait yaradıldı ki, müsahibə prosesini izləyək”.

Müsahibələr videoçəkilişlərlə sənədləşdirilir

Uşaqlar bir-bir müsahibəyə çağrıldıqca komissiya üzvlərinin mehriban və səbirli davranışı diqqətdən qaçmır. İbtidai sinif müəllimi Aynur Zeynalova deyir ki, məqsəd uşaqları qiymətləndirmək deyil, onların məktəbə hazır olub-olmadığını müəyyənləşdirməkdir:

“Şəkillərlə iş, sadə məntiqi suallar və tanış situasiyalarla onların dil bacarıqları və düşüncə tərzləri yoxlanılır. Bu, rəsmi yox, müşahidəyə əsaslanan yanaşmadır. Üstəlik, müsahibə videoçəkilişlə sənədləşdirilir ki, şəffaflıq təmin olunsun”.

Psixoloq müdaxiləsi: Həyəcanın rəngini oxuyanlar

Bəzi uşaqlar utancaq, bəzisi danışmaqda istəksiz görünürlər. Bu zaman psixoloqlar vəziyyətə müdaxilə edir, uşağın emosional vəziyyətini qiymətləndirirlər. Komissiyanın üzvü, psixoloq Fatimə Yusifova belə halları normal sayır:

“Uşaqlar fərqlidir, bəziləri çox rahat cavab verir, digərləri isə ilk dəfədir ki, bu cür mühitə düşürlər. Onların daxili aləmini anlamaq üçün hər birinə fərdi yanaşırıq. Oyunsayağı suallar, gülərüzlük və dəstəkverici davranış çox şeyi dəyişə bilər”.

Sadəcə müşayiətçi olaq

Bir neçə saatlıq müşahidə, söhbətlər və gülüşlərin içində bir daha əmin olduq ki, uşaqlar bu böyük sınağı keçərkən bizdən sadəcə anlayış və inam gözləyirlər. Onlar məktəb həyatına bir addım atmağa hazırdırlar. Biz isə onlara bu yolda sadəcə müşayiətçi olmalıyıq.

Müsahibədən uğurla keçən balacaların valideynləri isə 17 iyun – 12 sentyabr tarixləri arasında məktəb və müəllim seçimi edə biləcəklər.

Bir qapını döyərək, bir salamla məktəb həyatına başlayan bu balacalar bəlkə də gələcəyin böyük insanlarıdır. Biz isə yalnız onların məktəb həyatının başlamasına şahidlik edən səssiz müşayiətçilər idik…

1 /2

Şərhlər

Xəbər lenti

16 iyul, 17:21

"Buradakı tələbələr çox şanslıdırlar" – Türkiyəli akademik

16 iyul, 16:10

Peşə məktəblərinə qəbulun vaxtı açıqlandı

16 iyul, 15:57

“WorldSkills Azerbaijan” milli bacarıq yarışının qalibləri açıqlanıb

16 iyul, 15:43

Magistratura, rezidentura və kolleclərə tələbə qəbulunun nəticələri müzakirə edilib

16 iyul, 15:28

50 il əvvələ döndülər – 1970-ci illərin tələbələri Xankəndidə

16 iyul, 15:17

BMU məzunu tam təqaüdlə Şanxay Universitetinə qəbul olub

16 iyul, 14:11

3 yaşında piano istədi, 11 yaşında səhnəni fəth etdi – Aylinin uğur hekayəsi

16 iyul, 13:34

Zədələndi, xallarını azaltdı, amma Avropa çempionu oldu

16 iyul, 13:23

Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

16 iyul, 12:52

Magistraturaya qəbul imtahanında esse ilə bağlı minimal tələb qoyula bilər

16 iyul, 12:30

Məleykə Abbaszadə: Sistem işləmirsə, subbakalavrın qəbul qaydalarına yenidən baxılmalıdır 

16 iyul, 12:16

Abituriyentlərin ixtisas seçimi ilə bağlı maraqları dəyişməz qalır - DİM sədri

16 iyul, 12:09

Tərbiyəçi-müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiya elan edilib

16 iyul, 12:06

Məleykə Abbaszadə: Plan yerlərinin 90 faizindən çoxunun dolacağı gözlənilir

16 iyul, 11:13

“Azərbaycan İES”də MDU-nun Təhsil Mərkəzi açılacaq

16 iyul, 10:59

Direktor işləmək istəyənlər üçün müsahibənin keçirilmə tarixləri bəlli olub

16 iyul, 10:12

TKTA Milli Aviasiya Akademiyasında təlim keçirib

16 iyul, 09:50

“Müasir metodist” layihəsi çərçivəsində təlimlər davam edir

16 iyul, 09:40

Təsviri incəsənət müəllimi olmaq istəyən şəxslərin NƏZƏRİNƏ!

16 iyul, 09:34

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.