
Bakı Ali Neft Məktəbində (BANM) abituriyentlər üçün “Açıq qapı” günü keçirilib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirin ilk hissəsində rektor Elmar Qasımov abituriyentləri və valideynləri salamlayıb. Rektor universitetdə SOCAR rəhbərliyinin dəstəyi ilə tələbələr üçün yüksək səviyyəli təhsil və inkişaf imkanlarının yaradıldığını vurğulayıb və auditoriyanın suallarını cavablandırıb.
Strateji inkişaf üzrə prorektor Güldənə Hidayətli “Açıq qapı” iştirakçıları üçün BANM haqqında təqdimat nümayiş etdirib, tədris prosesi haqqında ətraflı məlumat verib.
Kampus turunda İnformasiya təhlükəsizliyi, Kompüter mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi, Kimya mühəndisliyi, Neft-qaz mühəndisliyi və Biznesin idarə edilməsi ixtisasları haqqında məlumat sessiyaları keçirilib.
1 /9
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər