
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin “Biotexnologiya” ixtisası üzrə ilk məzunlarından olan Şəhla Həmidova Cənubi Koreyanın nüfuzlu ali təhsil müəssisələrindən biri sayılan Koreya Universitetində magistratura təhsili almaq hüququ qazanıb.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, o, “İctimai səhiyyə (Cəmiyyət sağlamlığı və sosial epidemiologiya)” ixtisası üzrə təhsilini davam etdirəcək.
Şəhla Həmidova Koreya Respublikasının beynəlxalq tam təqaüd proqramı olan “Global Korea Scholarship” (GKS) proqramının qalibidir. Bu proqram üzrə müraciət edən yüzdən çox tələbə arasından yalnız beş nəfər seçilib.
GKS proqramı çərçivəsində dörd semestrlik təhsilhaqqı, hər ay təxminən 1260 manat məbləğində aylıq təqaüd, sağlamlıq sığortası, gediş-gəliş xərcləri və viza dəstəyi daxil olmaqla bütün xərclər tam şəkildə maliyyələşdirilir.
Koreya Universiteti “QS World University Rankings 2026”da dünya üzrə 61-ci yerdə qərarlaşıb.
Şəhla Həmidova bakalavr təhsilini 92.32 bal ortalaması ilə başa vurub. İngilis və Koreya dillərini C1 səviyyəsində bilir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər