Bütün xəbərlər
4 iyul, 17:27

İyulun 5-də beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə start verilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, gənclər və idman nazirinin müavini,“Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev iştirak ediblər. 

Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, “Yüksəliş” müsabiqəsi ölkəmizin gələcəyini formalaşdıracaq intellektual liderlərin aşkara çıxarılması və yetişdirilməsi baxımından strateji əhəmiyyətə malikdir. O qeyd edib ki, burada fərqlənərək ön sıralara yüksələnlər yaradıcılığı, analitik düşüncəsi, çevik qərarvermə bacarığı və komandada işləmək qabiliyyəti ilə seçilirlər.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva “Yüksəliş” müsabiqəsinin Azərbaycanın gələcəyinə xidmət edən liderlik məktəbi olduğunu deyib. O bildirib ki, gənclərin potensialından daha səmərəli istifadə etmək, professional peşə vərdişlərini inkişaf etdirmək və təcrübi biliklərini artırmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək məqsədilə Ombudsman Aparatında ildə 2 dəfə insan hüquq və azadlıqlarının müdafiəsi üzrə könüllülük proqramı təşkil olunur. 

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “Yüksəliş” müsabiqəsinin yüksək intellektə və idarəçilik bacarığına malik perspektivli, xüsusilə gənc rəhbər kadrların seçilməsi və dəstəklənməsi, yeni nəsil idarəçilərin hazırlanması üçün unikal platforma olduğunu qeyd edib.

O bildirib ki, kadr hazırlığı sisteminin perspektiv peşələrə dönüşü və innovativ iqtisadiyyatın tələbatına cavab verə biləcək kadr potensialının formalaşdırılması, ölkədə liderlik potensialının və peşəkarlığın artırılması, gələcək ictimai inkişafın yeni keyfiyyət mərhələsini səciyyələndirəcək. 

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu il Kənd Təsərrüfatı Nazirliyi ilə “Yüksəliş” İctimai Birliyi arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində nazirlik sistemində fəaliyyət göstərən əməkdaşlar üçün “Üfüq” Karyera İnkişaf Proqramının həyata keçirildiyini deyib. O bildirib ki, aparılan müsabiqə nəticəsində 2771 nəfər arasından qalib olan 30 nəfərin inkişaf proqramlarına, müxtəlif təlimlərə, kouçinq sessiyalarına cəlb edilməsi nəzərdə tutulur. 

Bu il keçirilən müsabiqənin konsepti Prezident İlham Əliyevin Sərəncamı ilə elan olunmuş “Konstitusiya və Suverenlik İli”nə həsr olunub.

Eyni zamanda, builki konsept 44 günlük Zəfərimizin 5 illiyi və “Yüksəliş” müsabiqəsinin 5-ci mövsümü ilə birbaşa bağlıdır.

Yarımfinal mərhələsində iştirak etmək hüququ qazanan 329 namizəd idarəetmə bacarıqları üzrə keçirilən imtahanı müvəffəqiyyətlə tamamlayaraq bu mərhələyə yüksəlib. Bu mərhələdə iştirakçılar real iş mühitinə uyğun hazırlanmış situasiyalar və keys tapşırıqları üzərindən öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər. 

Üç gün davam edəcək yarımfinal mərhələsi çərçivəsində namizədlər 9 səriştə üzrə (strateji düşüncə, effektiv liderlik, qərarvermə, nəticəyönümlülük, işin effektivliyinin idarə edilməsi, adaptivlik, innovativ düşüncə, komanda işi və əməkdaşlıq, etika və dürüstlük) ekspertlər tərəfindən qiymətləndiriləcək.

Qeyd edək ki, yarımfinal mərhələsinə hazırlıq çərçivəsində qiymətləndirici ekspertlər üçün üçgünlük təlim proqramı təşkil olunub. Təlimlərə 100-ə yaxın ekspert cəlb edilib. Onlar real imtahan mühitinə yaxınlaşdırılmış simulyasiya olunmuş situasiyalar üzərindən iştirakçıların bacarıqlarını qiymətləndirməklə yanaşı, qiymətləndirmə meyarları, qiymətləndirmə mərkəzlərinin fəaliyyəti və ekspertlərin funksiyaları barədə də ətraflı məlumatlandırılıblar.

Qiymətləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan və obyektivliyi ilə seçilən “Qiymətləndirmə konfransı”(Assessment Conference) metodu ilə həyata keçirilir. Bu metod hər bir iştirakçının performansına çoxşaxəli yanaşmanı təmin edir və yekun qərarların kollegial əsasda verilməsinə imkan yaradır.

Yarımfinal mərhələsi iyulun 6-da başa çatacaq. Bu mərhələni uğurla tamamlayan iştirakçılar iyulun 18–20-də keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanacaqlar. Beləliklə, beşinci “Yüksəliş” müsabiqəsi iyulun 20-də yekunlaşacaq və ölkənin ən istedadlı kadrları arasında növbəti qaliblər müəyyən olunacaq.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Prezident İlham Əliyev 2024-cü il dekabrın 18-də beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

1 /11

Şərhlər

Xəbər lenti

4 iyul, 19:08

35 ölkənin tələbəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alıb 

4 iyul, 19:04

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

4 iyul, 19:00

Azərbaycanda daha çox bu ölkələrin tələbələri təhsil alırlar

4 iyul, 18:54

HTP çərçivəsində xaricdə oxuyacaq Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

4 iyul, 18:50

Şagirdlərimiz beynəlxalq olimpiadalarda 35 medal qazanıblar

4 iyul, 18:46

SABAH qruplarının məzunu olan tələbələrin sayı açıqlanıb

4 iyul, 18:42

6 əlavə təhsil mərkəzinə lisenziya verilib

4 iyul, 18:38

Ötən tədris ilində 1054 tələbə yerdəyişmə edib

4 iyul, 18:35

Alimlərimizin elmmetrik bazalarda yayımlanan məqalələrinin sayı artıb

4 iyul, 18:28

1200-dən çox uşaq özəl bağçada qrant hesabına təhsil alır

4 iyul, 18:23

Şagirdlər yerli və beynəlxalq yarışlarda 1649 medal qazanıblar

4 iyul, 18:16

Məktəbdənkənar müəssisələrə nə qədər şagird qəbul ediləcək?

4 iyul, 18:16

Ötən il 66 əcnəbi peşə məktəblərinə qəbul olunub

4 iyul, 18:14

Azad edilmiş ərazilərdə təhsil infrastrukturunun mövcud vəziyyəti açıqlanıb

4 iyul, 18:12

Bağça yaşlı uşaqların 38,2 faizi məktəbəqədər təhsilə cəlb olunub

4 iyul, 18:11

Bağça müəllimlərinin 3 faizi diaqnostik qiymətləndirmədə 50-dən çox bal toplayıb

4 iyul, 18:09

İnternetə çıxışı təmin edilən məktəblərin sayı AÇIQLANDI

4 iyul, 18:07

“Rəqəmsal məktəb” platformasının ölkə üzrə tətbiqinə başlanılacaq

4 iyul, 18:04

5 il ərzində bütün imtahanlar elektronlaşdırılacaq – Məleykə Abbaszadə

4 iyul, 18:04

Növbəti tədris ilində yenilənmiş iki fənn kurikulumu tətbiq olunacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.