Bütün xəbərlər
29 may, 17:21

"Sertifikatlaşdırmanın proqram təminatı kifayət qədər sadədir. Gündəlik işi kompüterlə olmayan müəllim belə, sadə şəkildə bu imtahanda nəyi necə etməli olduğunu daha öncədən elan edilən təlimat əsasında öyrənə bilər".

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu Təhsil TV-nin "360 dərəcə təhsil" proqramında qonaq olarkən deyib.

O bildirib ki, könüllülər də texniki kömək lazım olanda dəstək göstərirlər.

"Bundan əlavə, texniki dəstək heyəti də olur və kompüterdə hansısa nasazlıq olanda müdaxilə edilir, zərurət olanda kompüter dəyişdirilir və müəllimə də əlavə vaxt verilir ki, onun itirilmiş vaxtı kompensasiya edilsin".

Vəfa Yaqublu əlavə edib ki, proses kompüterlə aparıldığından şəffaf şəkildə keçir:

"Ədalətlilik məsələsinə gəldikdə, ötən il MİQ-də ayrı-ayrı seanslarda sualların təkrar olmaması üçün imtahan iştiakçılarına analoq suallar salınmışdı.

Bu səbəbdən bəzi iştirakçılar iddia edirdilər ki, birinci seansın sualları asan, ikincilər daha çətin və ya üçüncülər daha asan idi və s.

Sertifikatlaşdırmada isə bütün müəllimlər eyni suallar əsasında imtahan edilirlər. Bu da ədalətliliyi təmin etmək baxımından daha yaxşıdır".

Şərhlər

Xəbər lenti

19 avqust, 17:09

Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb

19 avqust, 17:03

Qarabağ Universitetində şöbə müdiri vakansiyası elan olunub

19 avqust, 16:53

Gündə 30 dəqiqəlik oxu vərdişi beyin fəaliyyətini gücləndirir

19 avqust, 16:48

Magistraturanın boş qalan plan yerlərinə qəbulun nəticələri AÇIQLANDI

19 avqust, 16:42

Rezidenturaya qəbul olunan namizədlərin elektron qeydiyyatı başlayır

19 avqust, 15:06

Dərs otağından yay düşərgəsinə: Bahar müəllimin fərqli dərsləri

19 avqust, 14:41

Süni intellekt dövründə təhsil: Məktəblərdə yumşaq bacarıqlar necə öyrədilməlidir?

19 avqust, 14:30

"Evrika!” anı qəfil yaranır? – Alimlərdən maraqlı araşdırma

19 avqust, 13:58

Alimlər ən “süni” bakteriyanı yaradıblar 

19 avqust, 13:43

2030-cu ilədək Çinin bütün orta məktəblərində süni intellekt tətbiq ediləcək

19 avqust, 13:22

BANM tələbələri beynəlxalq proqramda 7000 ABŞ dolları mükafat qazanıblar

19 avqust, 13:05

Gəncə və Goranboyda yenilənmiş tam orta məktəblərə qəbul həyata keçirilir

19 avqust, 12:47

Geomaqnit qasırğası gözlənilir

19 avqust, 12:31

Sabahın hava proqnozu açıqlanıb

19 avqust, 12:26

Sertifikatlaşdırmada yüksək nəticə göstərənlər üçün xüsusi təşəbbüs reallaşdırılıb

19 avqust, 12:22

Yataqxanalarla bağlı normalar təsdiq olunub – QƏRAR

19 avqust, 12:13

2025-2026-cı tədris ilində ABŞ-də beynəlxalq tələbə qəbulu azalacaq

19 avqust, 11:55

Oyuncaq sabitlik simvolu olmalıdır

19 avqust, 11:41

BMU ilə Səmərqənd Dövlət Universiteti arasında əməkdaşlıq müzakirə olunub

19 avqust, 11:40

Məktəbəhazırlıq qruplarına 23 mindən çox uşaq qeydiyyatdan keçib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.