Bütün xəbərlər
8 avqust, 12:23

Naxçıvan şahmatçısı Tural Zeynalov Beynəlxalq Şahmat Federasiyası – FIDE tərəfindən "Arena Grand Master" (AGM, Arena Qrossmeyster) tituluna layiq görülüb. Həm FIDE hakimi, həm də şahmat müəllimi kimi fəaliyyət göstərən Tural Zeynalovun bu titulu Muxtar Respublikada ilk hesab olunur. Titul federasiyanın rəsmi onlayn platforması olan "FIDE Online Arena"da (worldchess.com) göstərilən nəticələrə əsasən verilir.

"Azərbaycan müəllimi" bu uğuru bölüşmək və şahmatçının hekayəsini oxucularla paylaşmaq üçün onunla həmsöhbət olub.

Tural Zeynalov 1989-cu ilin aprelində Bakı şəhərində anadan olub. 1997-ci ildə Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbinə daxil olub. 2012-ci ildə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin "İngilis dili müəllimliyi" ixtisasını bitirib. Hazırda Naxçıvan Qarnizonunun tam orta məktəbində və Naxçıvan şəhər UG Şahmat Məktəbində şahmat müəllimi kimi çalışır.

O deyir ki, şahmat oynamağa 1997-ci ildə başlayıb:
"İlk dəfə fiqurların hərəkətini, qaydaları öyrəndiyim vaxt bu oyunun mənim həyatımda belə böyük yer tutacağını bilmirdim. Uşaqlıqda evdə və məktəbdə şahmatla tanış oldum, sadə kombinasiyalar həll edib, oyunun incəliklərinə maraq göstərməyə başladım.

Sonrakı illərdə məktəb və yerli yarışlara qatıldım. Burada həm uduzmağı, həm də qalib gəlməyi öyrəndim. Hər partiya mənim üçün bir təcrübə, hər səhv isə öyrənmə fürsəti idi. Oyun üslubumu tədricən formalaşdırdım və şahmatın dərinliklərinə daha çox vardım".

2010-cu ildən daha ciddi məşqlərə başlayıb. Açılış repertuarını genişləndirib, kombinasiyalar və strateji planlar üzərində işləyib. FIDE və onlayn platformalarda oyunlar oynayaraq reytinqini artırmağa çalışıb.

"Son illərdə şahmat artıq həyatımın ayrılmaz hissəsinə çevrilib. Davamlı məşq edir, öz üzərimdə işləyirəm. AGM titulu mənim üçün böyük uğurdur və gələcəkdə daha böyük hədəflər üçün motivasiyadır. Şahmat mənim üçün sadəcə oyun deyil, həm də həyat və düşüncə tərzidir. Bu yolda atdığım hər addım məni daha güclü və inamlı edir".

Ən böyük ilham mənbəyi – nənə!

Tural müəllim deyir ki, şahmat yolunda ona ən böyük dəstək və ilham verən şəxs nənəsi olub: "Uşaqlıqda şahmatla ilk tanış olduğum vaxtlarda o mənə bu oyunun sirlərini açmağa kömək etdi. Nənəm yalnız fiqurların hərəkətini öyrətmədi, eyni zamanda düşünməyi, səbirli olmağı və hər vəziyyətdən çıxış yolu tapmağı öyrətdi. Onun xatirəsi bu gün də mənimlədir və ən böyük motivasiyamdır".

AGM titulunu aldığı an yaşadığı hissləri belə təsvir edir: "Uzun müddət davam edən zəhmət və məşqlərimin nəticəsini gördüm. Həyatımda ən xoşbəxt anlardan biri idi. Bu, sadəcə bir ad deyil, zəhmətimin və sevgimin simvoludur. Şahmatın insana verdiyi sakitlik və diqqət toplama bacarığı bu oyunu daha da sevməyimə səbəb oldu".

1 /3

Şərhlər

Xəbər lenti

20 avqust, 09:21

Azərbaycan Milli Konservatoriyası vakansiya elan edib

19 avqust, 17:09

Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb

19 avqust, 17:03

Qarabağ Universitetində şöbə müdiri vakansiyası elan olunub

19 avqust, 16:53

Gündə 30 dəqiqəlik oxu vərdişi beyin fəaliyyətini gücləndirir

19 avqust, 16:48

Magistraturanın boş qalan plan yerlərinə qəbulun nəticələri AÇIQLANDI

19 avqust, 16:42

Rezidenturaya qəbul olunan namizədlərin elektron qeydiyyatı başlayır

19 avqust, 15:06

Dərs otağından yay düşərgəsinə: Bahar müəllimin fərqli dərsləri

19 avqust, 14:41

Süni intellekt dövründə təhsil: Məktəblərdə yumşaq bacarıqlar necə öyrədilməlidir?

19 avqust, 14:30

"Evrika!” anı qəfil yaranır? – Alimlərdən maraqlı araşdırma

19 avqust, 13:58

Alimlər ən “süni” bakteriyanı yaradıblar 

19 avqust, 13:43

2030-cu ilədək Çinin bütün orta məktəblərində süni intellekt tətbiq ediləcək

19 avqust, 13:22

BANM tələbələri beynəlxalq proqramda 7000 ABŞ dolları mükafat qazanıblar

19 avqust, 13:05

Gəncə və Goranboyda yenilənmiş tam orta məktəblərə qəbul həyata keçirilir

19 avqust, 12:47

Geomaqnit qasırğası gözlənilir

19 avqust, 12:31

Sabahın hava proqnozu açıqlanıb

19 avqust, 12:26

Sertifikatlaşdırmada yüksək nəticə göstərənlər üçün xüsusi təşəbbüs reallaşdırılıb

19 avqust, 12:22

Yataqxanalarla bağlı normalar təsdiq olunub – QƏRAR

19 avqust, 12:13

2025-2026-cı tədris ilində ABŞ-də beynəlxalq tələbə qəbulu azalacaq

19 avqust, 11:55

Oyuncaq sabitlik simvolu olmalıdır

19 avqust, 11:41

BMU ilə Səmərqənd Dövlət Universiteti arasında əməkdaşlıq müzakirə olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.