Bütün xəbərlər
3 iyul, 11:27

Naxçıvan Dövlət Universitetinin(NDU) Beynəlxalq Kembric Məktəbində Universitetin iqtisadi məsələlər üzrə rektorun müşaviri Ülvi Baxışlı ötən dövr ərzində “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində universitet tərəfindən reallaşdırılmış layihələr və 2025-ci ildə görüləcək işlər barədə ictimaiyyəti məlumatlandırıb. 

Bu barədə “Azərbaycan müəllimi”nə universitetdən məlumat verilib.

Rektor müşaviri qeyd edib ki,  Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2023–cü il tarixli  Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023 - 2027-ci illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında insan kapitalının inkişafı istiqamətində 3 mühüm tədbirin Naxçıvan Dövlət Universiteti ilə bağlı olması ölkəmizdə təhsilə, elmə və insan kapitalının inkişafına diqqətin bariz nümunəsidir.  

Bildirilib ki, 2024-cü il üzrə NDU-da Dövlət Proqramı çərçivəsində müəyyənləşdirilmiş fəaliyyətlərin icrası istiqamətində mühüm işlər görülüb və cari ilədək olan bütün istiqamətlərdə demək olar ki, tam icraya nail olunub.  

Universitet rektorunun 05 dekabr 2023–cü il tarixli müvafiq əmri ilə tədbirlər planında NDU tərəfindən nəzərdə tutulmuş layihələrin icrası məqsədi ilə aid şəxslərdən ibarət müvafiq komissiya yaradılaraq fəaliyyətə başlayıb. Əsas prioritet istiqamət hesab edilən “Naxçıvan Dövlət Universitetinin nəzdində ingilisdili orta məktəbin yaradılması” ilə bağlı ilk olaraq Dövlət proqramı çərçivəsində NDU nəzdində İngilisdili təmayüllü Gimnaziya yaradılıb və Nizamnaməsi təsdiq edilib. Növbəti mərhələdə Kembric Universitetinin lisenziyası əsasında NDU Beynəlxalq Kembric Məktəbi fəaliyyətə başlayıb. Həm yerli kurikulum, həm də beynəlxalq proqram üzrə fəaliyyət göstərən məktəbdə müvafiq standartlara uyğun müəllim qəbulu reallaşıb və struktur formalaşdırılıb.

2024-2025-ci tədris ilindən müvafiq tələblərə uyğun şagird qəbulu həyata keçirilib və tədris prosesinə başlanılıb. Eləcə də məktəbin kitabxanası və texniki təminatı üçün Dövlət Proqramı çərçivəsində 72 748 manatlıq 670 adda elektron və çap şəklində Kembric dərslikləri və digər kitabların təminatı reallaşdırılıb. Eyni zamanda 151 440 manatlıq elektron tədris avadanlıqları - 2 PC kompüter, 2 Notebook, 2 çoxfunksiyalı rəngli printer, 2 ağ - qara printer, 2 İnteraktiv monitor, 2 UPS, 90 çoxfunksiyalı tablet alınaraq məktəbin istifadəsinə verilib.

Həmçinin məktəb infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə müasir havalandırma, təhlükəsizlik və digər standartlara uyğun qurulması üçün müvafiq portal üzərindən açıq tender proseduru keçirilərək qalib şirkətlə 1 294 578 manatlıq müqavilə bağlanılıb. Dövlət proqramı vəsaiti hesabına icra edilən layihə hal-hazırda icra prosesindədir və növbəti tədris ilinədək işlərin yekunlaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, sevindirici haldır ki, NDU nəzdində İngilisdili təmayüllü Gimnaziyanın ötən dövr üçün fəaliyyəti məhsuldar və uğurlu olub. Belə ki, cari tədris ilinin sonunda Gimnaziya şagirdlərinin imtahanlarda yüksək nəticələri qeydə alınıb. 2024-2025-ci tədris ilində keçirilən buraxılış imtahanında ölkə üzrə maksimal nəticə göstərən 9 nəfər şagirddən biri Gimnaziyanın şagirdidir və həmin şagird həm də Naxçıvan üzrə birinci olub. Həmçinin buraxılış imtahanlarında 9-cu sinif şagirdlərindən 61 şagirddən 47-i, 11– ci sinif şagirdlərindən  isə 36 şagirddən 24-ü fərqlənmə attestatı əldə ediblər. Bu göstəriclər isə ölkə üzrə ən yüksək göstəricilərdən hesab olunur.m

2024 - 2025 – ci tədris ilindən ölkədə ilk dəfə olaraq NDU - da Tibb fakültəsində “Tibb” ixtisası üzrə SABAH qruplarına tələbə qəbulu uğurla baş tutub və 21 tələbə tədrisə başlayıb. Universitet tərəfindən tələbələrin bütün ehtiyacları və mövcud təlimata uyğun olaraq semestr təqaüdlərindən əlavə 50 manat məbləğində əlavə təqüdlə təmin edilib.  Dövlət proqramı xətti ilə NDU-da SABAH quruplarının elektron bazasının və kitabxana resurslarının zənginləşdirilməsi məqsədilə müvafiq satınalma metodundan istifadə edilərək ümumi dəyəri 65 000 manat olan, 4 ədəd Ultra 4K proyektor, 15 ədəd Notebook, 171 adda müxtəlif dillərdə Tibb ixtisasına uyğun dərslik alınaraq tələbələrin istifadəsinə verilib.

Təfsilatlı tədbirlər planında NDU üçün nəzərdə tutulmuş digər mühüm bir istiqamət isə “Naxçıvan Dövlət Universiteti ilə xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, birgə proqramların təşkili” olub və bu istiqamətdə beynəlxalq əməkdaşlıqlar genişləndirilib.  İkili diplom proqramlarının icrası məqsədilə NDU-da “İqtisadiyyat” ixtisası üzrə təhsil alan tələbələrin 2+2 formatında təhsillərini Türkiyə Cumhuriyyətinin Çankırı Karatekin universitetinə əvvəlcədən bağlanılmış müqavilə çərçivəsində davam etdirməsinə 2024-2025 -ci tədris ilindən start verilib. 2024 - cü ilin oktyabr ayında Macarıstan Respublikasının John Von Neyman universiteti ilə tədrisi ingilis dilində aparılan “Kompüter mühəndisliyi” ixtisası üzrə ikili diplom müqaviləsi bağlanılıb və Azərbaycan Respublikası Elm və Təhsil naziriliyi tərəfindən təsdiq olunaraq qəbul planına salınıb və 2025-2026 - cı tədris ilindən qəbul aparılacaqdır.

Ümumilikdə, 2024-cü il ərzində beynəlxalq əməkdaşlıq və mübadilənin gücləndirilməsi məqsədilə Naxçıvan Dövlət Universiteti ilə müxtəlif ölkələrdə fəaliyyət göstərən ali təhsil müəssisələri arasında 12 anlaşma memorandumu, 6 ERASMUS razılaşması bağlanılıb.

NDU-nun iqtisadi məsələlər üzrə rektor müşaviri Ülvi Baxışlı vurğulayıb ki, regionun insan kapitalının inkişafının artırılması və elmə, təhsilə olan diqqət və qayğının dövlət strategiyasında nə qədər mühüm prioritet olması ölkə başçısının qeyd olunan proqramla bağlı sərəncamında da özünü bir daha əks etdirməkdədir.  Sonda bir daha NDU kollektivi adından yaradılmış şəraitə, göstərilən diqqətə görə Cənab Prezidentə minnətdarlığımızı bildirir və əmin edirik ki, gələcək fəaliyyətimizdə göstərilən etimadı bütün səylərimizlə doğrultmağa çalışacağıq.

Şərhlər

Xəbər lenti

17 avqust, 12:19

Ekspert: Müəllimlərdən əvvəl onları hazırlayan müəllimlər sertifikasiya olunmalıdır

16 avqust, 12:45

Qarabağ Universiteti “Enactus Azərbaycan” Milli Yarışının qalibi olub

16 avqust, 12:40

“Qafqazinfo” 15 yaşını qeyd edir

16 avqust, 12:28

BANM-in 34 məzunu Dövlət Proqramına qəbul olunub

16 avqust, 11:07

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir 

15 avqust, 23:17

Gəncə məktəbliləri "AROVC 2025" yarışının qalibi olublar

15 avqust, 18:59

ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edilib

15 avqust, 18:16

Peşə təhsili üzrə boş qalan plan yerlərinə tələbə qəbulunun vaxtı açıqlandı 

15 avqust, 18:10

Peşə təhsili müəssisələrinə qəbul imtahanının nəticələri AÇIQLANDI 

15 avqust, 17:16

Yerdəyişmə imtahanla aparılan lisey və gimnaziyalara qəbul başlayır

15 avqust, 17:02

SDU ilə Bayburt Universiteti arasında əməkdaşlıq qurulur

15 avqust, 16:57

“Mərkəzi Asiya+ Akselerasiya” proqramı çərçivəsində “bootcamp” keçirilir

15 avqust, 16:40

Stenford araşdırması: Müəllimlər süni intellektə “tədris tərəfdaşı” kimi baxırlar

15 avqust, 16:21

Tələbələr sahibkara çevrilirlər – Qəbələdə başlayan layihə Bakıda davam edəcək

15 avqust, 15:36

Təhsilə ayrılan investisiya açıqlanıb

15 avqust, 14:54

Hansı universitetlər müəllimlik ixtisaslarına qəbulu dayandırdı? 

15 avqust, 14:50

Ən bahalı universitetlərimiz: illik təhsil haqqı nə qədərdir? – SİYAHI

15 avqust, 14:11

Ali məktəblərdə pedaqoji ixtisasların təhsil haqları nə qədər artıb? – ARAŞDIRMA

15 avqust, 14:02

Gəncədə beynəlxalq şahmat festivalı keçiriləcək

15 avqust, 13:35

Türkiyə III yerdə: 25 DP iştirakçısı təhsil üçün bu ölkəni seçib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.