Bütün xəbərlər
27 may, 21:21

Artıq bir müddətdir ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilib. Naxçıvan Muxtar Respublikasında bu prosesdə namizədlərə texniki və məsləhət yönümlü dəstək göstərilməsi məqsədilə Rayon və Şəhər Təhsil şöbələrində “Dəstək mərkəzləri” yaradılıb.

“Azərbaycan müəllimi”  bu mərkəzlərdən birinə – Naxçıvan Şəhər Təhsil Şöbəsinə baş çəkib.

Düşünürdük ki, burada çox adam olmaz, lakin növbə olduğunu görəndə biz də gözləməli olduq. Bu isə müşahidə üçün fürsət yaratdı.

Anamın tövsiyəsi ilə buraya gəldim”

Dəstək üçün müraciət edənlərdən biri Aidə İbrahimlidir. Gənc namizəd bu il universiteti bitirir və fizika müəllimi olmaq istəyir.  İşini başa vurduqdan sonra onunla söhbətləşirik.  Bildirir ki, mərkəz barədə ilk dəfə anasından eşidib və məhz onun tövsiyəsi ilə bura gəlib:

“Evdə elektron qeydiyyatdan keçə bilmədim. Burada suallarıma cavab verdilər, qeydiyyat üçün yardım etdilər. Çox razı qaldım”.

Daha çox  IV kurs qeydiyyatdan keçirlər

Artıq növbəmiz çatdığı üçün Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Həmidə Qoçəliyevaya yaxınlaşırıq. O deyir ki, gün ərzində 40-dan çox namizəd müraciət edir:

“Məsələn, bu gün 45-50 qeydiyyat həyata keçirilib. Əsasən IV kurs tələbələri  oxuduqları təhsil müəssisələrindən verilən arayışlarla qeydiyyatdan keçirlər. Bundan əlavə, digər yaş qrupuna aid namizədlərin də sayı az deyil. Xüsusilə faktiki yaşadığı ərazidə işləməyən müəllimlər yaxın ərazilərdə işləmək üçün bu imkandan yararlanırlar”.

“Namizədlərə dəstək necə göstərilir?” sualına isə o gülümsəyərək belə cavab verir:
“Özünüz gördünüz, bir dəqiqə belə vaxt itirmədən, canla-başla yardım edirik”.

Kimlər iştirak edə bilər?

O, müəllimlərin işə qəbulu üzrə müsabiqədə kimlərin iştirak edə biləcəyini də ətraflı izah edir:

“Müsabiqədə dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında müəllim vəzifəsində çalışmayan, ali və ya orta ixtisas müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli diplom almış və ya xarici ölkələrdə aldığı diplomu tanınmış Azərbaycan vətəndaşları, eləcə də daimi yaşamaq üçün icazəsi olan şəxslər iştirak edə bilərlər. Qeydiyyat miq.edu.az saytı vasitəsilə həyata keçirilir”.

Həmidə xanım vurğulayır ki, Naxçıvanda da müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu mərhələsində namizədlərə yardım məqsədilə yaradılan “Dəstək mərkəzləri” mayın 22-də  saat 11:00-dan işə başlayıb.

Namizədlər hansı fənlər üzrə vakansiyaların olduğunu əvvəlcədən öyrəniblər

Razı qalırlar, ya yox - bunu özümüz müşahidə etsək də, Həmidə xanım əlavə edir:
“Qeydiyyat prosesi tam şəkildə aparılır. Namizədlərə elektron ərizələrin təsdiqi, imtahan mərhələsi və digər məlumatları əldə etmək üçün miq.edu.az saytındakı şəxsi səhifəyə necə daxil olmaq lazım olduğu da izah edilir”.

Qeyd edir ki, 2024-cü ildə keçirilən MİQ imtahanlarında da belə mərkəz fəaliyyət göstərib və həmin zaman da namizədlərə dəstəyi o özü göstərib:

“Artıq ikinci ildir ki, Naxçıvan mərkəzləşmiş MİQ imtahanlarına qoşulub. Keçən illə bu il arasında qeydiyyat baxımından ciddi fərq yoxdur. Sadəcə bu il məktəblər üzrə vakant yerlər əvvəlcədən elan olunub. Namizədlər də hansı fənlər üzrə vakansiya olduğunu əvvəlcədən bilirlər”.

Namizədlər “Dəstək mərkəzləri” barədə haradan xəbər tuturlar? Məlum olur ki, onların əksəriyyəti bu barədə Naxçıvan MR Təhsil Nazirliyinin sosial şəbəkələrdə və digər platformalarda paylaşdığı elanlardan məlumat alıblar.

Nərgiz Rüstəmova, İlhamə Məmmədova, Nərmin Hüseynova, Gülnar Musayeva və başqaları dəstək mərkəzlərinə üz tutan yüzlərlə namizəddən yalnız bir neçəsidir.

Reportajımızı sonlandırırıq ki, həm dəstək olanların işinə mane olmayaq, həm də bizdən sonra növbəsini gözləyənlər üçün vaxt itkisi yaratmayaq.

Əlavə edək ki, elektron sənəd qəbulu 22–29 may tarixlərini əhatə edir. Elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxışı olmayan namizədlər “Dəstək mərkəzləri” ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 146-10 Çağrı Mərkəzinə də müraciət edə bilərlər.

Şərhlər

Xəbər lenti

19 avqust, 17:09

Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb

19 avqust, 17:03

Qarabağ Universitetində şöbə müdiri vakansiyası elan olunub

19 avqust, 16:53

Gündə 30 dəqiqəlik oxu vərdişi beyin fəaliyyətini gücləndirir

19 avqust, 16:48

Magistraturanın boş qalan plan yerlərinə qəbulun nəticələri AÇIQLANDI

19 avqust, 16:42

Rezidenturaya qəbul olunan namizədlərin elektron qeydiyyatı başlayır

19 avqust, 15:06

Dərs otağından yay düşərgəsinə: Bahar müəllimin fərqli dərsləri

19 avqust, 14:41

Süni intellekt dövründə təhsil: Məktəblərdə yumşaq bacarıqlar necə öyrədilməlidir?

19 avqust, 14:30

"Evrika!” anı qəfil yaranır? – Alimlərdən maraqlı araşdırma

19 avqust, 13:58

Alimlər ən “süni” bakteriyanı yaradıblar 

19 avqust, 13:43

2030-cu ilədək Çinin bütün orta məktəblərində süni intellekt tətbiq ediləcək

19 avqust, 13:22

BANM tələbələri beynəlxalq proqramda 7000 ABŞ dolları mükafat qazanıblar

19 avqust, 13:05

Gəncə və Goranboyda yenilənmiş tam orta məktəblərə qəbul həyata keçirilir

19 avqust, 12:47

Geomaqnit qasırğası gözlənilir

19 avqust, 12:31

Sabahın hava proqnozu açıqlanıb

19 avqust, 12:26

Sertifikatlaşdırmada yüksək nəticə göstərənlər üçün xüsusi təşəbbüs reallaşdırılıb

19 avqust, 12:22

Yataqxanalarla bağlı normalar təsdiq olunub – QƏRAR

19 avqust, 12:13

2025-2026-cı tədris ilində ABŞ-də beynəlxalq tələbə qəbulu azalacaq

19 avqust, 11:55

Oyuncaq sabitlik simvolu olmalıdır

19 avqust, 11:41

BMU ilə Səmərqənd Dövlət Universiteti arasında əməkdaşlıq müzakirə olunub

19 avqust, 11:40

Məktəbəhazırlıq qruplarına 23 mindən çox uşaq qeydiyyatdan keçib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.