
“İnsan ali məktəbdə oxumağı planlaşdırırsa, testlərin cavabını da düzgün yazmağı bacarmalıdır. “Birinci sualın cavabını beşinci suala yazmışam” tipli müraciətlərə, ümumiyyətlə, texniki səhvlərə baxmamalıyıq”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə açıqlamasında söyləyib.
O qeyd edib ki, gələn ildən apellyasiya komissiyalarında bu tipli müraciətlərə daha ciddi yanaşılacaq.
M.Abbaszadə bildirir ki, bəzi üçüncü şəxslər tərəfindən şagirdlərin hər il keçirilən sınaq imtahanlarında iştirakına maneə törədilir: “Bəzi kurslar, müəllimlər icazə vermirlər ki, guya şagirdlər sınaq imtahanında iştirak etsələr, DİM o nəticələrə əsasən, imtahanı asan və ya çətin edəcək. Bu, tamamilə yanlışdır. Sınaqlar məhz qeyd etdiyim kodlaşdırma ilə bağlıdır, şagird sınaq imtahanında bunu öyrənir. Kurslar şagirdləri sınağa getməyə ona görə icazə vermir ki, onların real nəticələri ortaya çıxacaq.
İmtahanın çətinlik dərəcəsi ilə bağlı məlumatlar hər il paylaşılır. Bu il də biz korrelyasiya nəticələrini təqdim edəcəyik”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər