
İtaliyanın Kaorle şəhərində iyulun 4–5-də keçirilən “U20 Avropa çempionatı”nda Gəncə Dövlət Universitetinin 3-cü kurs tələbəsi Vasif Bağırov sərbəst güləş üzrə Avropa çempionu adını qazanaraq qızıl medal əldə edib. O, Türkiyə, Macarıstan, Moldova və Gürcüstan idmançılarına qalib gəlib.
"Azərbaycan müəllimi" xəbər verir ki, Vasif Bağırov daha əvvəl “U17 Avropa çempionatı–2022” və “U17 Dünya çempionatı–2022”də qızıl, “U20 Avropa çempionatı–2024”də isə gümüş medal qazanıb. O, həmçinin dünya çempionu kəmərinə sahibdir.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər