Bütün xəbərlər
30 iyun, 14:39

“Azərbaycan müəllimi” təhsilverənlərin sertifikatlaşdırılması prosesində Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinin  uğur qazanan müəllimlərinin təəssüratlarını öyrənib. 

“Sertifikatlaşdırma müəllimlərin inkişafı üçün çox vacibdir” 
Şəmkir şəhəri Məhəmməd Füzuli adına məktəb-liseyin informatika müəllimi Nərmin İsmayılzadə iş həyatına 5 il əvvəl başlasa da ən böyük nailiyyətini belə dəyərləndirir: “Şagirdlərimin sevgisini qazanmaq mənim üçün ən böyük uğurdur”.  Sertifikatlaşdırma imtahanında isə 59 bal toplayaraq həm bilik, həm də bacarığını təsdiqləyib: “May ayında imtahana hazırlaşmağa vaxt tapdım, ona görə hədəfim sadəcə 50-ni keçmək idi. Amma kompüterin ekranında 59-u görəndə çox sevindim. Səhvimi bildikdən sonra 1 bala görə təəssüflənsəm də, nəticəm gözlədiyimdən də yaxşı oldu”. 

O, sualların səviyyəsinə də obyektiv yanaşır: “Asan, orta və çətin səviyyədə hazırlanmışdı. Bəziləri həm maraqlı, həm də yorucu idi. Amma ümumilikdə meyarlara uyğun idi”.

Sertifikatlaşdırma prosesinə yanaşmasına gəlincə, Nərmin İsmayılzadə qeyd edir ki, sertifikatlaşdırma müəllimlərin inkişafı üçün çox vacibdir. “Ancaq  yaşlı müəllimlər üçün bu proses bəzən çox gərgin və yorucu keçir. Buna görə, fikrimcə, yanaşmalar fərdiləşdirilməlidir”.

“Bir bal kurikulumdan getdi, amma bu mənə dərs oldu”

Şəmkir rayonu Zəyəm Cırdaxan kənd tam orta məktəbinin fizika müəllimi Tacəddin Abdürrəhmanov da sertifikatlaşdırmada 59 bal toplayıb. 

Sualların ümumi səviyyəsini “normal” kimi qiymətləndirən müəllim, imtahanda ən çox kurikulum hissəsində diqqətli olmağın önəmli olduğunu deyir: “Kurikuluma son günlər hazırlaşdım. Bir bal kurikulumdan getdi, amma bu mənə dərs oldu: sinfin idarə edilməsində yeni yanaşmalar öyrətdi. Sertifikasiya, fikrimcə, hər bir müəllim üçün vacibdir. Biz daim öz üzərimizdə işləməliyik”.
Onun müəllimlik fəlsəfəsi elmi həyatla birləşdirməkdir: “Fizikanı bacardığım qədər həyatla əlaqələndirərək tədris edirəm. Əsas məqsədim – RFO və RFM-də daha çox medal qazanmaqdır. Bu il artıq 3 şagirdim medal gətirib”.

“İmtahandan sonra dərs keçməyə daha çox həvəsim artıb”
Qazax şəhəri Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin informatika müəllimi Lamiyə Vəliyeva da bir bal fərqi ilə maksimum nəticə göstərə bilməyib: “İki ay hazırlaşdım, əsasən kurikuluma diqqət etdim. İxtisasa güvənirdim. İmtahan çox yaxşı keçdi. 50 dəqiqə qalmış bütün sualları bitirmişdim, 20 dəqiqə qalmış nəticəni öyrəndim”.
O da nəticəsinə sevinib, lakin səhvin səbəbini təhlil edib: “Bir balı hesablama səhvinə görə itirdim. Yəni sualı bilirdim, sadəcə texniki diqqətsizlik oldu”.

Lamiyə müəllim üçün sertifikatlaşdırma yalnız qiymətləndirmə deyil, həm də təşviqdir: “İmtahandan sonra dərs keçməyə daha çox həvəsim artıb. Şagirdlərə bilik ötürməkdə özümə inamım artdı”.
Gələcək hədəfi isə öz sahəsində tanınmaqdır: “İnformatika üzrə respublika səviyyəsində tanınan müəllim olmaq istəyirəm. Bu nəticə mənə göstərdi ki, hədəfimə az qalıb”.
Uşaqlara informatikanı sevdirmək üçün də maraqlı yollar seçir: “XXI əsrin tələblərini dərk edən şagirdlər üçün informatika çox maraqlıdır. Süni intellekt, robot texnologiyaları və proqramlaşdırmadan danışanda dərs onlar üçün bir macəraya çevrilir”.

  “Hər bir müəllim bu imtahanda uğur qazana bilər”

Şəmkir rayonu Sarıtəpə kənd tam orta məktəbin biologiya müəllimi Vəfa Nəbiyeva təhsilverənlərin sertifikatlaşdırma prosesində 59 bal toplayıb. Peşəsinə böyük sevgi ilə yanaşan Vəfa müəllim imtahan təcrübəsini bölüşür: “Məktəbdə gündəlik dərsini vicdanla və sistemli şəkildə keçirən hər bir müəllim bu imtahanda uğur qazana bilər”.

Sertifikatlaşdırma imtahanına xüsusi hazırlıq keçməsə də Vəfa xanım müasir və interaktiv təlim üsullarının ona ciddi dəstək olduğunu vurğulayır: “Yeni metodlarla dərs keçmək, şagirdləri layihə və araşdırma yönümlü düşüncəyə cəlb etmək mənə bu imtahanda da faydalı oldu. Ənənəvi deyil, öyrənməyə maraq oyadan yanaşmalarım nəticəmi yüksəltdi”.
 Vəfa müəllim imtahan nəticəsinə görə sevincli olsa da, çoxlarının yaşadığı təəssüfü o da yaşayıb: “Nəticəmə sevindim. Amma kurikulum bölməsində bir suala tərəddüd edib cavabı dəyişdim. Əgər o dəyişikliyi etməsəydim, indi maksimum nəticədən danışacaqdım. Bu 1 bal məni çox düşündürdü”.
O, sertifikatlaşdırmanın müəllimlərə təsiri barədə düşüncələrini də səmimi şəkildə bölüşür:“Bu proses müəllimləri öz üzərində daha çox çalışmağa, daim yenilik axtarmağa məcbur edir.Sertifikasiya sadəcə imtahan deyil, inkişafın özüdür.Bu səbəbdən bu təşəbbüsü dəstəkləyirəm. İmtahan, əslində, özünü sınamaq üçün bir fürsətdir. Heç bir savadlı, təcrübəli və öyrənməyə açıq müəllim bu prosesdən qorxmamalıdır. Əksinə, onu dəyərləndirməli və nəticə çıxarmalıdır”.
Vəfa müəllim gələcək hədəflərini də müəyyənləşdirib: “Təbii ki, imtahandan sonra da öz üzərimdə daha çox çalışacağam. Əldə etdiyim yenilikləri dərhal sinfə daşıyıram. Mənim üçün şagirdlərimə fayda vermək hər şeydən üstündür”.

Şərhlər

Xəbər lenti

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

17 sentyabr, 13:48

“Müəllimim bunker, müəllimim markerdir…” – Miflər nəticələrə təsir edirmi?

17 sentyabr, 13:15

İsveç məktəblərində mobil telefondan istifadə qadağan edilir

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.