
““Yüksəliş” müsabiqəsi gənclərin liderlik potensialını üzə çıxarmaq və idarəçilik bacarıqlarını inkişaf etdirmək məqsədilə yaradılmış mühüm platformadır. Bu layihə ölkəmizin gələcəyini formalaşdıracaq intellektual liderlərin aşkara çıxarılması və yetişdirilməsi baxımından strateji əhəmiyyətə malikdir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi çərçivəsində keçirilən tədbirdə səsləndirib.
O bildirib ki, ötən dövr ərzində 40 minə yaxın şəxsin iştirak etdiyi müsabiqənin 96 nəfər qalibi olub: “Burada fərqlənərək ön sıralara yüksələnlər yaradıcılığı, analitik düşüncəsi, çevik qərar vermə bacarığı və komandada işləmək qabiliyyəti ilə seçilirlər. Müsabiqə ölkədə insan kapitalının gücləndirilməsi və milli inkişaf strategiyasına töhfə verəcək liderlərin formalaşdırılması baxımından da önəmli bir mexanizmdir”.
Dünyada demoqrafik dəyişikliklərin baş verdiyini bildirən Şahmar Mövsümov deyib ki, bəzi ölkələrdə əhali yaşlaşır, bəzilərində isə gənc əhalinin sayı artır. Bu dəyişikliklər göstərir ki, sabahın dünyası artıq dünənkindən fərqlidir və gənclər sabit iş yerləri ilə kifayətlənməyib dəyişən dünyaya uyğunlaşmağa hazır olmalıdırlar.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər