Bütün xəbərlər
29 iyul, 12:34

Üçüncü dəfə keçirilən “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısı olan 49 gənc Elm və Təhsil Nazirliyi, onun struktur bölmələri və tabe qurumlarında, regional təhsil idarələrində, eləcə də Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təcrübəyə başlayıb.

Cari ildə proqrama qoşulmaq məqsədilə Naxçıvan Muxtar Respublikası üzrə qeydiyyatdan keçən 51 namizədin 2-si hər 3 mərhələni uğurla keçərək Naxçıvan MR Təhsil Nazirliyinin Aparatında təcrübə keçmək imkanı əldə edib.

"Azərbaycan müəllimi" təcrübədə olan hər iki iştirakçı ilə həmsöhbət olub.

“Burada qazandığım təcrübə gələcək iş həyatımda mühüm rol oynayacaq”

Bu gənclərdən biri Aytən Ağasıyevadır. O, Ordubad rayonunun Nüsnüs kəndində anadan olub və elə həmin kəndin orta məktəbini bitirib. Deyir ki, təhsil aldığı müddətdə riyaziyyat fənnini çox sevib, məktəbi əla qiymətlərlə bitirib, inşa müsabiqələrinin qalibi olub. Daha sonra Naxçıvan Dövlət Universitetinin "Fizika müəllimliyi” ixtisası üzrə bakalavr təhsili alıb. Təhsil aldığı müddətdə “Həsən Abdullayev” adlı təqaüdə layiq görülüb:

"Tələbə olduğum müddətdə kitabxanalar mənim ən sevimli məkanım, kitablar isə ən yaxın dostum olub. Özümü kitabların arasında təhlükəsiz və güvənli hiss edirəm. Kitablar mənim söhbət etdiyim “yaxınlarım”dır. Onlar olmasa, bu həyatda özümü tərk edilmiş hiss edərdim.

Bakalavr təhsili aldığım müddətdə Bakı Dövlət Universitetində təşkil olunan beynəlxalq yay məktəbində iştirak etmişəm. Bakalavr təhsilimi fərqlənmə diplomu ilə bitirmişəm. İxtisasımı çox sevirəm. Fizika mənim həyatımın enerji mənbəyidir. Yaxşı ki, bu ixtisası seçmişəm, fizikanın dərinliklərinə endikcə özümə yaxınlaşdığımı, ruhumla bu aləmin əlaqəsini hiss edirəm. Xarici ədəbiyyatlardan kitablar oxuyuram. Qeyd etdiyim kimi, həyatımın sükanı həmişə əlimdə olub, onu seçimlərim və məsuliyyətimlə formalaşdırmışam. Naxçıvan Dövlət Universitetində “Təhsildə qiymətləndirmə və monitorinq” ixtisası (88 bal) üzrə magistr təhsili almışam. Magistraturanı da fərqlənmə diplomu ilə bitirmişəm. Pedoqoji fakültədə və Monitorinq və qiymətləndirmə bölməsində könüllü kimi fəaliyyət göstərmişəm. Ötən dövrdə ingilis dili səviyyəsini inkişaf etdirib. Ankara Dövlət Universitetinin təşkil etdiyi beynəlxalq konfransda (İCQMT) “Kvant mexanikasını riyaziyyatsız başa düşmək” mövzusu üzrə çıxış etmişəm".

Proqramda iştirakına gəldikdə, əlavə edir ki, test mərhələsini müvəffəqiyyətlə keçdikdən sonra müsahibəyə qatılıb: “Burada verilən suallar ən yaxşı şəkildə düşünülmüş suallar idi. Cavablandırarkən həm həyəcanlı, həm də çox sevincli idim, çalışırdım ki, hər sualı ən dolğun şəkildə və səmimiyyətlə cavablandırım. Qəbul olunduğumu öyrəndikdən sonra özümlə bir daha fəxr etdim”.

Aytən proqram haqqında məlumatı sosial şəbəkələrdən öyrəndiyini qeyd edir: “Təhsil Nazirliyinin İnsan resursları və sənədlərlə iş şöbəsində fəaliyyət göstərirəm. Sənədlərin hansı qaydada işlənməsi, rəqəmsallaşdırılması, həmçinin tədbirlərin təşkili prosesində iştirak edirəm. Deyə bilərəm ki, “Maarifçi” proqramı mənim praktiki bacarıqlarımı formalaşdırır. İnsan tətbiq etmədiyi işi görəndə əvvəlcə çətinliklə üzləşir, lakin mentorumun yardımı ilə bu çətinlikləri asanlıqla aradan qaldırır və işi ən yaxşı, qısa zamanda yerinə yetirirəm.
Düşünürəm ki, burada qazandığım təcrübə gələcək iş həyatımda mühüm rol oynayacaq. Gələcək planlarımın arasında dövlət qulluqçusu, ya da işğaldan azad olunmuş ərazilərdə müəllim kimi işləmək var. Təhsilimi də davam etdirmək fikrindəyəm. Növbəti təhsilimi hüquq üzrə almağı planlaşdırıram".

“Proqram gələcək iş həyatım üçün möhkəm təməl yaradır”

Proqram çərçivəsində Naxçıvan MR Təhsil Nazirliyində təcrübə keçənlərdən biri də Məsumə Əliyevadır. O, 2004-cü ildə Naxçıvan şəhərində anadan olub. Orta təhsilini bu şəhərdəki Ə.Ağayev adına 8 nömrəli orta məktəbdə alıb. "İbtidai sinif müəllimliyi” ixtisası üzrə təhsil aldığı Naxçıvan Müəllimlər İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Hazırda NDU-da magistr təhsili alır. Deyir ki, təhsilini həm nəzəri, həm də praktiki biliklərlə zənginləşdirməyə çalışır:

"Bu baxımdan “Maarifçi” proqramı mənim üçün olduqca əhəmiyyətli oldu. Proqram barədə ilk məlumatla Təhsil Nazirliyinin rəsmi səhifəsində tanış oldum. Daha sonra ətraflı məlumat alıb qeydiyyatdan keçdim. Seçim prosesi mərhələli idi: test, müsahibə. İmtahan mərhələsi şəffaf və obyektiv şəkildə təşkil olunmuşdu. Suallar əsasən məntiq, analitik düşüncə və ümumi biliklərə əsaslanırdı. Əvvəlcədən ciddi hazırlaşdığım üçün bu mərhələdən uğurla keçdim. Müsahibə mərhələsində motivasiya və sosial bacarıqlarım əsas götürüldü və nəticədə hər mərhələni uğurla keçib proqramın iştirakçısı seçildim. Bu uğur mənim üçün həm sevindirici, həm də məsuliyyətlidir.

“Maarifçi” proqramı gənclərin dövlət idarəçiliyi sahəsində təcrübə qazanmasına, peşəkar bacarıqların artırmasına xidmət edən unikal təşəbbüsdür. Bu, dövlət strukturlarının işi ilə yaxından tanımaq üçün böyük fürsətdir”.

Məsumə “Maarifçi” proqramı çərçivəsində 1 aya yaxındır ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin İnsan resursları və sənədlərlə iş şöbəsində təcrübə keçir. Burada sənəd dövriyyəsi, işin təşkili, vətəndaş müraciətlərinə baxılması kimi proseslərdə yaxından iştirak edir. Deyir ki, bu sahə ilə yaxından tanış olmaq gələcək karyerası üçün əhəmiyyətlidir:

""Maarifçi" proqramı gələcək iş həyatım üçün möhkəm təməl yaradır. Bu təcrübə mənə iş mühitinə adaptasiya olmaqda, komanda ilə işləmək bacarığı qazanmaqda və təşkilati fəaliyyətləri daha yaxşı anlamaqda böyük kömək olur. Eyni zamanda dövlət qurumlarının fəaliyyəti ilə yaxından tanış olmaq mənim üçün gələcəkdə mühüm üstünlük olacaq. Bu proqram vasitəsilə nəzəri olaraq öyrəndiyim bilikləri real iş şəraitində tətbiq etmə fürsəti qazanıram. İdarəetmə strukturları, sənəd dövriyyəsi, vətəndaş məmnuniyyəti kimi məsələlərlə yaxından tanış oluram. Məsuliyyətli olmağı, komanda ilə işləməyi və vətəndaşlara düzgün yanaşmağı öyrənirəm. İlk gündən əməkdaşlar bizi səmimi qarşıladılar, hər addımda dəstək göstərirlər".

Məsumə əlavə olaraq bildirir ki, “Maarifçi” proqramı ona həm peşəkar, həm də şəxsi inkişaf imkanı yaradıb:

"Yeni insanlarla tanış olmaq, geniş əlaqə şəbəkəsi qurmaq, vətənə xidmət hissini daha dərindən anlamaq baxımından bu proqram olduqca dəyərlidir. Gələcəkdə öz sahəmin peşəkarı olmaq istəyirəm, həmçinin dövlət idarəçiliyində və insan resursları sahəsində ixtisaslaşmağı planlaşdırıram. Əsas hədəfim daim öz üzərimdə işləyərək cəmiyyət üçün faydalı mütəxəssis olmaqdır. “Maarifçi” proqramı bu istiqamətdə atdığım ilk əhəmiyyətli addımlardandır. Gənclərə tövsiyəm budur ki, “Maarifçi” proqramı kimi imkanları dəyərləndirsinlər. Özlərini inkişaf etdirməkdən çəkinməsinlər. Hədəflərinə inanan və çalışan hər kəs uğur qazanacaq. Əsas məsələ davamlılıq və istəkdir".

Xatırladaq ki, tələbə və məzunlar üçün təcrübə proqramı olan “Maarifçi” Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondu tərəfindən həyata keçirilir. Proqram elm, təhsil sahəsində insan resurslarını formalaşdırmaq, tələbə və məzunların praktiki bilik və bacarıqlarını artırmaq, həmçinin təhsil islahatları prosesinə dəstək məqsədilə reallaşdırılır.

Proqramda iştirak etmək üçün elm və təhsil sahəsində karyera qurmaq istəyən, bakalavriat səviyyəsinin IV kurs, eləcə də magistr tələbələri və son 3 il ərzində məzun olan şəxslər müraciət edə bilərlər. “Maarifçi” proqramı ildə iki dəfə təşkil olunur.

Ötən il ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında təhsil alan tələbələr də bu proqrama qoşulublar və 4 gənc Təhsil Nazirliyinin Aparatının struktur qurumlarında təcrübə keçmək imkanı əldə edib. Nazirlik proqramı uğurla başa vuran gənclərin 1-ni daimi işlə təmin edib.

Şərhlər

Xəbər lenti

19 avqust, 17:09

Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb

19 avqust, 17:03

Qarabağ Universitetində şöbə müdiri vakansiyası elan olunub

19 avqust, 16:53

Gündə 30 dəqiqəlik oxu vərdişi beyin fəaliyyətini gücləndirir

19 avqust, 16:48

Magistraturanın boş qalan plan yerlərinə qəbulun nəticələri AÇIQLANDI

19 avqust, 16:42

Rezidenturaya qəbul olunan namizədlərin elektron qeydiyyatı başlayır

19 avqust, 15:06

Dərs otağından yay düşərgəsinə: Bahar müəllimin fərqli dərsləri

19 avqust, 14:41

Süni intellekt dövründə təhsil: Məktəblərdə yumşaq bacarıqlar necə öyrədilməlidir?

19 avqust, 14:30

"Evrika!” anı qəfil yaranır? – Alimlərdən maraqlı araşdırma

19 avqust, 13:58

Alimlər ən “süni” bakteriyanı yaradıblar 

19 avqust, 13:43

2030-cu ilədək Çinin bütün orta məktəblərində süni intellekt tətbiq ediləcək

19 avqust, 13:22

BANM tələbələri beynəlxalq proqramda 7000 ABŞ dolları mükafat qazanıblar

19 avqust, 13:05

Gəncə və Goranboyda yenilənmiş tam orta məktəblərə qəbul həyata keçirilir

19 avqust, 12:47

Geomaqnit qasırğası gözlənilir

19 avqust, 12:31

Sabahın hava proqnozu açıqlanıb

19 avqust, 12:26

Sertifikatlaşdırmada yüksək nəticə göstərənlər üçün xüsusi təşəbbüs reallaşdırılıb

19 avqust, 12:22

Yataqxanalarla bağlı normalar təsdiq olunub – QƏRAR

19 avqust, 12:13

2025-2026-cı tədris ilində ABŞ-də beynəlxalq tələbə qəbulu azalacaq

19 avqust, 11:55

Oyuncaq sabitlik simvolu olmalıdır

19 avqust, 11:41

BMU ilə Səmərqənd Dövlət Universiteti arasında əməkdaşlıq müzakirə olunub

19 avqust, 11:40

Məktəbəhazırlıq qruplarına 23 mindən çox uşaq qeydiyyatdan keçib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.