Bütün xəbərlər
16 aprel, 11:29

İstedad geniş anlayışdır və onun indiyə qədər tam tərifi verilməyib. İstedad bir istiqamət üzrə, bir neçə formada da özünü göstərə bilər. Məktəblilər arasında istedadlı şagirdlərin sayı kifayət qədərdir.

"Azərbaycan müəllimi" bu dəfə sizi belə şagirdlərdən biri olan Məryəm Rəhimli ilə tanış edir.

Məryəmin 10 yaşı var və Şirvan şəhərində yaşayır. Hazırda bu şəhərdəki 16 nömrəli tam orta məktəbin 4-cü sinfində oxuyur.  Atası tarix, anası isə Azərbaycan dili və ədəbiyyat müəllimidir.

“Böyüyəndə kompüter mühəndisi olmaq istəyirəm”

Məryəmin maraq dairəsi genişdir. Ağıllı telefondan oyun oynamaq üçün deyil, yalnız xarici dil öyrənmək və özünü inkişaf etdirmək üçün istifadə edən bu kiçik məktəbli hədəflərinə çatmaq üçün çalışır. 

O, asudə vaxtlarında sərbəst şəkildə dil öyrənməklə kifayətlənməyərək bədii qiraətlə, idmanla, rəsmlə də məşğul olur. 

Məryəm cizgi filmlər yaratmaq həvəsi, ingilis və rus dilini necə öyrənməsi barədə həvəslə danışır:

“Cizgi filmlərinə baxdıqca məndə onları hazırlamağa həvəs yarandı. Fikirləşirəm ki, bunun üçün kompüteri yaxşı öyrənməliyəm. İkinci sinifdə oxuyanda atam belə bir qayda qoydu ki, internetdə baxmaq istədiyiniz bütün videoları ingiliscə izləyəcəksiniz. İlk vaxtlarda bu, heç xoşuma gəlmədi. Çünki başa düşmürdüm. Amma zaman keçdikcə anlamağa başladım. Artıq üçüncü sinifdə oxuyanda ingiliscə danışmağı bacarırdım. İndi yalnız cizgi filmlərinə deyil, sənədli filmlərə və kinolara da ingiliscə baxıram, qardaşım Mehdi də belə edir. Artıq rus dilində cizgi filmlərinə baxıram. Bu dili də öyrənmək hədəfimdir. Boş vaxtlarımda rəsm çəkirəm və hekayə yazıram. Böyüyəndə bu hekayələri kitab halında çıxarmaq  və cizgi filmi çəkmək istəyirəm. “Scratch” proqramını öyrənirəm. Bu proqramla kiçik animasiyalar hazırlayıram”.

“Qardaşımla birgə taekvondo ilə məşğul oluruq”

Məryəmin sözlərinə görə, şahmat oynamağı da bacarır:

“İdmanla maraqlanıram. Qardaşımla birgə taekvondo ilə məşğul oluruq. Yutub kanalım var. İmkan olanda videolar hazırlayıb kanalımda yayımlayıram. İngilis dilində öyrəndiyim qrammatik qaydaları yutubda həmyaşlarıma izah edirəm”.

“Valideynlərimiz bizə günlük hədəflər qoyublar”

Məryəm qeyd edir ki, valideynləri ona və qardaşına çox dəstək olur. Dərslərinə kömək edir, bilmədiklərini başa salırlar:

“Bizə günlük hədəflər qoyublar. Hər gün ingilis və rus dillərində videolara baxmalı, bir neçə səhifə bədii kitab oxumalıyıq. Hətta yayda Azərbaycan Nəşriyyatları Assosiasiyası, Təhsilin İnkişafı Fondu və “SİMART” Sağlam İnkişaf Platformasının təşkilatçılığı ilə keçirilən III Kitabqurdu Yaz Oxu Marafonunda 2-ci yeri tutaraq 500 manat mükafat aldım. Məntiqlə də məşğul oluruq. Çətinlik çəkdiyimiz hər şeyi valideynlərimizdən soruşuruq”.

İnanırıq ki, balaca Məryəm bu istedadı ilə gələcəklə bağlı bütün arzularına çatacaq. Kiçik məktəblimizə bu xoş amalında uğurlar diləyirik!

1 /3

Şərhlər

Xəbər lenti

7 iyul, 17:49

BMU Çin universitetləri ilə əməkdaşlıq dairəsini genişləndirir

7 iyul, 17:31

İdmançılarımız İtaliyada böyük uğur qazandılar

7 iyul, 16:40

“Müəllimlərimin mənə verdiyi motivasiyanı indi öz şagirdlərimə ötürürəm” – Uğur yolu

7 iyul, 15:27

II və III qruplar üzrə qəbul imtahanının düzgün cavabları açıqlanıb

7 iyul, 14:58

9-cu sinif şagirdlərinin NƏZƏRİNƏ!

7 iyul, 14:35

Veb-texnologiyaları üzrə “WorldSkills Azərbaycan 2025” yarışı yekunlaşıb

7 iyul, 14:35

İmişlidə ilk dəfə orta məktəbin fəaliyyəti tam orta təhsil səviyyəsi üzrə təşkil edilir

7 iyul, 14:30

“Olimpiadalar real bacarıqlara fokuslanmaq imkanı verir” – Beynəlxalq olimpiadadan medalla qayıdanlar

7 iyul, 13:31

DİN süni intellekt və IT sahələri üzrə təqaüd proqramına start verib

7 iyul, 12:56

Sabahın hava proqnozu açıqlanıb

7 iyul, 12:40

Gömrük Akademiyasında “Məzun günü” keçirilib

7 iyul, 11:42

Məktəbəqədər təhsilin təşkili strategiyalarına dair təqdimat keçirilib

7 iyul, 11:25

Peşə təhsilini bitirmədən iş təklifi aldı – Uğur hekayəsi

7 iyul, 11:15

Geomaqnit qasırğası gözlənilir

7 iyul, 11:04

Universitetlər üçün tələbələrin köçürülməsi ilə bağlı təlimlər keçirilib

7 iyul, 11:00

Quba-Xaçmaz regionunun müəllimlərinin kurikulumla bağlı bilikləri artırılır

7 iyul, 10:58

Magistratura üzrə ixtisas seçimi başlayır

7 iyul, 10:55

Naxçıvanda ötən tədris ilinin İLKLƏRİ

7 iyul, 10:25

“BMU-nun dünyanın ən yaxşı 1000 universiteti sırasına daxil olması tarixi nailiyyətdir” – MÜSAHİBƏ

7 iyul, 10:10

Elm fədaisi, müəllim, ziyalı, milli fəxrimiz – Yusif Məmmədəliyev–120

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.