Bütün xəbərlər
1 iyun, 16:55

Bu gün Qarabağ Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş “Azərbaycan Milli Elmlər Akademiyasında Qarabağnamə ənənəsi və müasir dövr” mövzusunda ilk elmi konfrans keçirilib. Tədbir Elm və Təhsil Nazirliyi və AMEA-nın birgə təşkilatçılığı ilə baş tutub.

“Azərbaycan müəllimi”nin məlumatına görə, konfransın açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxış ediblər. Onlar yubileyin əhəmiyyətindən bəhs edib, Qarabağda elmi mühitin bərpası və inkişafı istiqamətində görülən işləri diqqətə çatdırıblar.

Tədbir çərçivəsində AMEA tərəfindən Qarabağ Universitetinin kitabxanasına 1000 nüsxə kitab hədiyyə olunub.

Konfransın elmi hissəsində AMEA-nın bir sıra institut rəhbərləri məruzələrlə çıxış ediblər. AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, professor Kərim Şükürov “Azərbaycan tarixində Qarabağnamələr və yeni dövrün Qarabağnaməsinin yaradılmasında Milli Elmlər Akademiyasının missiyası” mövzusunda çıxış edərək Qarabağnamə ənənəsinin elmi baxımdan davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev Qarabağ və Şərqi Zəngəzur ərazilərində aparılan arxeoloji tədqiqatların nəticələrindən danışıb.

Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli isə Qarabağda ermənilər tərəfindən saxtalaşdırılmış Azərbaycan toponimlərinin bərpa olunmasının elmi əsaslarını diqqətə çatdırıb.

Folklor İnstitutunun direktoru Hikmət Quliyev “Qarabağ folkloru: Böyük Qayıdış kontekstində folklor yaddaşının reaktuallaşdırılması” mövzusunda məruzə ilə çıxış edərək bölgənin zəngin folklor irsinin yenidən elmi dövriyyəyə daxil edilməsinin aktuallığını qeyd edib.

Bununla yanaşı, gün ərzində universitetdə paralel mühazirələr təşkil olunub. Filologiya, tarix, kimya, biologiya, informatika, fizika-energetika, fəlsəfə, sənətşünaslıq və ekologiya sahələrini əhatə edən mühazirələrdə ölkənin tanınmış alimləri çıxış ediblər.

Konfrans Qarabağda elmi həyatın canlanması və Böyük Qayıdış prosesində elmin strateji rolu baxımından mühüm əhəmiyyət daşıyıb.

1 /8

Şərhlər

Xəbər lenti

5 iyul, 22:23

İdman məktəblərində velosiped bölmələri yaradılır

5 iyul, 20:14

Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib

5 iyul, 11:32

Bir neçə kollecin rəhbəri vəzifəsindən azad olunub

4 iyul, 19:08

35 ölkənin tələbəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alıb 

4 iyul, 19:04

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

4 iyul, 19:00

Azərbaycanda daha çox bu ölkələrin tələbələri təhsil alırlar

4 iyul, 18:54

HTP çərçivəsində xaricdə oxuyacaq Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

4 iyul, 18:50

Şagirdlərimiz beynəlxalq olimpiadalarda 35 medal qazanıblar

4 iyul, 18:46

SABAH qruplarının məzunu olan tələbələrin sayı açıqlanıb

4 iyul, 18:42

6 əlavə təhsil mərkəzinə lisenziya verilib

4 iyul, 18:38

Ötən tədris ilində 1054 tələbə yerdəyişmə edib

4 iyul, 18:35

Alimlərimizin elmmetrik bazalarda yayımlanan məqalələrinin sayı artıb

4 iyul, 18:28

1200-dən çox uşaq özəl bağçada qrant hesabına təhsil alır

4 iyul, 18:23

Şagirdlər yerli və beynəlxalq yarışlarda 1649 medal qazanıblar

4 iyul, 18:16

Məktəbdənkənar müəssisələrə nə qədər şagird qəbul ediləcək?

4 iyul, 18:16

Ötən il 66 əcnəbi peşə məktəblərinə qəbul olunub

4 iyul, 18:14

Azad edilmiş ərazilərdə təhsil infrastrukturunun mövcud vəziyyəti açıqlanıb

4 iyul, 18:12

Bağça yaşlı uşaqların 38,2 faizi məktəbəqədər təhsilə cəlb olunub

4 iyul, 18:11

Bağça müəllimlərinin 3 faizi diaqnostik qiymətləndirmədə 50-dən çox bal toplayıb

4 iyul, 18:09

İnternetə çıxışı təmin edilən məktəblərin sayı AÇIQLANDI

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.