
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Gənclər və İdman Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Şəki-Zaqatala iqtisadi rayonu üzrə “Müasir dövrdə gənclər arasında radikalizm və ekstremizm meylləri” mövzusunda zona toplantısı baş tutub.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbir “Heydər Əliyev və din siyasəti” sənədli filminin nümayişi ilə başlayıb. Ardınca radikalizmin yayılma səbəbləri, qurumlararası əməkdaşlıq və maarifləndirmə mexanizmləri müzakirə olunub.
150 gəncin iştirakı ilə keçirilən tədbirin ikinci hissəsində iştirakçılar 5 qrupa bölünərək mövzu ətrafında açıq debat və fikir mübadiləsi aparıblar. Sonda qrupların hesabat çıxışları dinlənilib.
Bu cür tədbirlər gənclərin maarifləndirilməsi və dini radikalizmin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər