Bütün xəbərlər
20 iyun, 12:30

İyunun 18-dən başlayan təhsilverənlərin sertifikatlaşdırılması prosesində Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinin müəllimləri də fəal iştirak edirlər. Onlar eyni zamanda həyəcanlıdırlar, çünki illərdir ki, tədris etdikləri fənlər üzrə hesabat verirlər. Ümumilikdə, sertifikatlaşdırma prosesi müəllimlərin peşəkar inkişafının stimullaşdırılması, onların bilik və bacarıqlarının dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

 “Azərbaycan müəllimi” imtahanda iştirak edən müəllimlərin təəssüratlarını öyrənib. 

“İmtahan həm rahat keçdi, həm də biliklərimi möhkəmləndirməyə imkan verdi”

İmtahandan 58 bal toplayan Şəmkir rayonunun Düyərli kənd 2 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Nurtac Akifzadə deyir ki, proses onun üçün çox rahat keçib:

 “Suallar müxtəlif çətinlik dərəcəsində olsa da, mənim üçün rahat idi. Vaxtımı düzgün bölə bildim, hətta sona yaxın bütün cavablarımı təkrar yoxlamağa belə vaxtım çatdı. Kurikulum hissəsində situasiya tipli suallar üstünlük təşkil edirdi, riyaziyyat hissəsində isə həm misal, həm məsələ tipli suallar vardı”.

Nurtac müəllimə görə, imtahana hazırlaşmağın ən effektiv yolu öyrəndiklərinin tətbiqi, yəni başqalarına dərsi izah etməkdir. O, həm şagirdlərinə dərs deməklə, həm də test banklarından istifadə etməklə biliklərini daha da dərinləşdirib: “Yaxşı nəticə insana özünəgüvən qazandırır. Bu imtahan mənim üçün sadəcə bir yoxlama deyil, həm də gələcək məqsədlərimə doğru atılan bir pillədir. İmtahan olmasa belə, müəllim daim axtarışda olmalı, yenilikləri izləməlidir”. 

Nurtac müəllimin həmkarlarına da tövsiyəsi var: “Yalnız yüksək nəticə dalınca qaçmayın, əsas olan biliklərinizi artırmaq və öyrəndiklərinizi dərsdə tətbiq edə bilməkdir. Belə etsəniz, nailiyyət özü arxanızca gələcək”.

“İmtahan düşündürücü idi, amma çətinlik çəkmədim”

Gədəbəy rayonunun Şəkərbəy kənd tam orta məktəbinin coğrafiya müəllimi Cavid Əhmədli də imtahanda 58 bal toplayıb. O, prosesin gedişatından olduqca razı qalıb: 

“İmtahan zamanı özümü rahat hiss etdim. Suallar düşündürücü olsa da, çətinlik çəkmədim. Əminliklə 50 sualı düz cavablandırmışam”.

Cavid müəllim imtahanın yalnız biliyin yoxlanması yox, həm də motivasiya vasitəsi olduğunu vurğulayır: “Bu nəticə təkcə motivasiyama deyil, gələcək karyerama da müsbət təsir göstərəcək. Düşünürəm ki, imtahanlar təhsildə fərdiləşdirilmiş yanaşmanı da təşviq edir. Hazırlaşan, çalışan və diqqətli olan müəllim 60 bal da toplaya bilər”.

Xatırladaq ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi iyunun 25-də bitəcək. Müxtəlif fənlər üzrə minlərlə müəllimin iştirak etdiyi bu prosesin nəticələri təkcə onların biliyinin qiymətləndirilməsinə yönəlməyib. Proses eyni zamanda təhsilin keyfiyyətinə də mühüm təsir göstərəcək.

Şərhlər

Xəbər lenti

21 oktyabr, 18:55

Türkiyənin Ali Təhsil Şurasının sədri Qarabağ Universitetini ziyarət edib

21 oktyabr, 16:52

Məktəblilər arasında qaçış üzrə Muxtar Respublika birinciliyi keçirilib

21 oktyabr, 16:49

ADNSU-da 7-ci Beynəlxalq Avrasiya Risk Konfransı öz işinə başlayıb

21 oktyabr, 16:20

MDU-da Energetiklər Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib

21 oktyabr, 16:03

Naxçıvanda IX-XI siniflər üçün buraxılış qiymətləndirmə monitorinqi keçiriləcək

21 oktyabr, 15:54

Tədqiqat universitetləri ali məktəblərin bazasında yaradılacaq

21 oktyabr, 15:50

ASA ilə Akdeniz Universiteti arasında ikili diplom proqramı başlayır

21 oktyabr, 15:46

“Alim” adı elmə töhfə qatan şəxslərə veriləcək – Nicat Məmmədli

21 oktyabr, 15:44

Nicat Məmmədli: Gəncləri elm sahəsinə təşviq etmək lazımdır

21 oktyabr, 15:42

LDU-da ideoloji mövzuda konfrans keçirilib

21 oktyabr, 15:40

İlkin mərhələdə ixtisarlar planlaşdırılmır – Nazirin müşaviri

21 oktyabr, 14:13

Qəbələ Peşə Təhsil Mərkəzinin tələbələri “Qarabağ Kuboku”nda uğur qazanıblar

21 oktyabr, 13:58

Optimallaşdırma məsələlərinin həlli müəyyən qədər vaxt aparacaq – Nicat Məmmədli

21 oktyabr, 13:25

Elmə xərclənən pul “ölçülən nəticə”yə necə çevrilə bilər? – Alim mövqeyi

21 oktyabr, 12:42

“Məktəbli Kuboku”na Siyəzəndə start verilib

21 oktyabr, 12:39

İqlim böhranına qarşı hərəkətə keçmək üçün vaxtımız azdır - Kristina Ozdene

21 oktyabr, 12:23

İSESKO rəsmisi: Təhsil islahatları yalnız ümumi prinsiplərə əsaslanmamalıdır

21 oktyabr, 12:18

BMU ilə Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu əməkdaşlıq edəcək

21 oktyabr, 12:10

Tofiq Əhmədov: Təhsil liderləri təkcə nazirlik və institutlarda yetişdirilməli deyil

21 oktyabr, 12:05

Şehzad Civa: Azərbaycan təhsildə keyfiyyət artımı üzrə irəliləyib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.