
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən 8–9 iyul tarixlərində ali təhsil müəssisələrinə metodoloji dəstək göstərilməsi çərçivəsində Milli Aviasiya Akademiyasının əməkdaşları və Özünütəhlil Komissiyasının üzvləri üçün “Özünütəhlil hesabatının hazırlanması” mövzusunda təlim təşkil olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, təlim zamanı akkreditasiya qiymətləndirmə istiqamətləri və meyarları ətraflı şəkildə təqdim edilib, nümunələr əsasında izahlar verilib və qiymətləndirmə indikatorları ilə bağlı iştirakçıların sualları cavablandırılıb. Təlim TKTA-nın Təlim və metodologiya şöbəsinin əməkdaşı Vəfadar Rizvanlı tərəfindən aparılıb.
Bildirilib ki, TKTA-nın Nizamnaməsinə əsasən, təhsil müəssisələrində daxili və xarici keyfiyyət təminatı sahəsində metodoloji dəstəyin göstərilməsi agentliyin əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər