Bütün xəbərlər
16 iyul, 11:13

Təhsil və sənaye sahələrində universitet–sənaye əməkdaşlığının gücləndirilməsi məqsədilə Mingəçevir Dövlət Universiteti (MDU) və Qafqazın ən iri enerji müəssisələrindən biri olan “Azərbaycan İstilik Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti (“Azərbaycan İES” MMC) arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu MDU-nun rektoru Anar Eminov və “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov imzalayıblar.

Təhmasib Hüseynov enerji sahəsində peşəkar kadr hazırlığında MDU-nun mühüm rol oynadığını bildirib. O, universitetlə əməkdaşlığın ölkəmizin enerji sektorunun daha da güclənməsi və müasir tələblərə uyğun peşəkar kadrların yetişdirilməsinə ciddi töhfə verəcəyini qeyd edib. T.Hüseynov bu əməkdaşlığın həm müəssisənin kadr təminatı, həm də innovativ və texnoloji yeniliklərin tətbiqi baxımından strateji əhəmiyyət daşıdığını vurğulayıb.

Rektor Anar Eminov sənayeyə inteqrasiya edilmiş tədris modelinə keçidin universitetin əsas prioritetlərindən olduğunu qeyd edib. O, bu əməkdaşlığın tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla zənginləşdirilməsinə və universitetin tətbiqyönümlü təhsil müəssisəsi kimi fəaliyyətinə böyük dəstək olacağını bildirib. A.Eminov həmçinin əməkdaşlığın universitet və müəssisə arasında elmi-tədqiqat və innovativ layihələrin inkişafına təkan verəcəyini, nəticədə təhsil və istehsalatın sıx əlaqəli fəaliyyət göstərəcəyini vurğulayıb.

Memorandumun əsas məqsədi peşəkar kadr hazırlığını gücləndirmək, təhsil və istehsalat sahələri arasında əlaqələri dərinləşdirmək və ölkənin sənaye potensialına dəstək verməkdir. Bu çərçivədə tələbələrin müəssisədə istehsalat təcrübəsi keçməsi, mütəxəssislərin tədris prosesinə cəlb edilməsi və birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi nəzərdə tutulur. Eləcə də universitetdə magistr dissertasiyalarının müəssisənin ehtiyaclarına uyğunlaşdırılması, tədris proqramlarının yenilənməsi və universitetin Təhsil Mərkəzinin “Azərbaycan İES”də açılması planlaşdırılır.

Memorandum 5 il müddətində fəaliyyət göstərəcək və bu müddət ərzində tərəflər əməkdaşlığın daha da genişləndirilməsi üçün lazımi tədbirləri həyata keçirəcəklər.

1 /15

Şərhlər

Xəbər lenti

16 iyul, 20:46

İsmayıllı məktəbinin bir sinfinin 4 şagirdi qızıl nişan alıb

16 iyul, 17:21

"Buradakı tələbələr çox şanslıdırlar" – Türkiyəli akademik

16 iyul, 16:10

Peşə məktəblərinə qəbulun vaxtı açıqlandı

16 iyul, 15:57

“WorldSkills Azerbaijan” milli bacarıq yarışının qalibləri açıqlanıb

16 iyul, 15:43

Magistratura, rezidentura və kolleclərə tələbə qəbulunun nəticələri müzakirə edilib

16 iyul, 15:28

50 il əvvələ döndülər – 1970-ci illərin tələbələri Xankəndidə

16 iyul, 15:17

BMU məzunu tam təqaüdlə Şanxay Universitetinə qəbul olub

16 iyul, 14:11

3 yaşında piano istədi, 11 yaşında səhnəni fəth etdi – Aylinin uğur hekayəsi

16 iyul, 13:34

Zədələndi, xallarını azaltdı, amma Avropa çempionu oldu

16 iyul, 13:23

Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

16 iyul, 12:52

Magistraturaya qəbul imtahanında esse ilə bağlı minimal tələb qoyula bilər

16 iyul, 12:30

Məleykə Abbaszadə: Sistem işləmirsə, subbakalavrın qəbul qaydalarına yenidən baxılmalıdır 

16 iyul, 12:16

Abituriyentlərin ixtisas seçimi ilə bağlı maraqları dəyişməz qalır - DİM sədri

16 iyul, 12:09

Tərbiyəçi-müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiya elan edilib

16 iyul, 12:06

Məleykə Abbaszadə: Plan yerlərinin 90 faizindən çoxunun dolacağı gözlənilir

16 iyul, 10:59

Direktor işləmək istəyənlər üçün müsahibənin keçirilmə tarixləri bəlli olub

16 iyul, 10:12

TKTA Milli Aviasiya Akademiyasında təlim keçirib

16 iyul, 09:50

“Müasir metodist” layihəsi çərçivəsində təlimlər davam edir

16 iyul, 09:40

Təsviri incəsənət müəllimi olmaq istəyən şəxslərin NƏZƏRİNƏ!

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.