
“Yeni təhsil liderləri və siyasət formalaşdıran şəxslərin təkcə nazirlik və institutlarda deyil, eyni zamanda fərdi səviyyədə də yetişdirilməsi zəruridir. Biz hər bir fərdin lider kimi məsuliyyət daşımasını, gələcəyin formalaşmasında iştirak etməsini təmin etməliyik”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Bakıda Elm və Təhsil Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə keçirilən “Yaşıl təhsil” mövzusunda ilk regional konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin ikili diplom proqramının baş direktoru Tofiq Əhmədov səsləndirib.
O qeyd edib ki, bu baxımdan yeni təhsil liderləri ilə daha çox əməkdaşlığa ehtiyac var. Cəsarətli olmaq, təşəbbüs göstərmək və icmalarda, məktəblərdə, ətraf mühitdə kiçik layihələrin icrasına başlamaq vacibdir.
Tofiq Əhmədov vurğulayıb ki, bu gün yeni nəsil təhsil liderləri yetişir, lakin əsas məsələ onların dəyişikliklərə nə dərəcədə həssas və təşəbbüskar olmalarıdır.
“Mən tələbələrə tez-tez sual verirəm: təhsil lideri olmağın əsas məqsədi nədir? Məncə, bu, təkcə karyera və yaxşı həyat tərzi qazanmaq üçün deyil. Təhsil lideri olmaq cəmiyyətin inkişafına, gələcəyin formalaşmasına töhfə vermək deməkdir”, – deyə o qeyd edib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər