Bütün xəbərlər
10 mart, 15:07

Məlum olduğu kimi, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu iki mərhələdə olmaqla internet vasitəsilə aparılır. Ərizə qəbulunun birinci mərhələsi fevralın 20-dən martın 5-dək həyata keçirilib. Həmin mərhələdə ali təhsil müəssisələrinə (o cümlədən V ixtisas qrupu üzrə) və tam (11 illik) orta təhsil bazasında kollecə qəbul olmaq istəyənlər qeydiyyatdan keçiblər.

Dövlət İmtahan Mərkəzindən “Azərbaycan müəllimi”nə bildirilib ki, bu il tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə buraxılış imtahanı vermiş, lakin fevralın 20-dən martın 5-dək ərizə qəbulunda iştirak etməyən cari ilin məzunlarının müraciətləri nəzərə alınaraq, onların da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçməsinə imkan yaradılacaq.

Qeyd 1. I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək üçün qeydiyyat aprelin 17-dən mayın 1-dək aparılacaq. Qəbul imtahanının birinci cəhdi mayın sonu - iyunun əvvəlində keçiriləcək. Dəqiq tarixlər barədə əlavə məlumat veriləcək.

Qeyd 2. Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtini ödəmiş, lakin fevralın 20-dən martın 5-dək keçirilmiş ərizə qəbulu zamanı “Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyirəm” bəndini seçməyən abituriyentlərə yayda kolleclərin ixtisas seçimində iştirak etməyə icazə veriləcək.

Şərhlər

Xəbər lenti

19 avqust, 17:09

Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb

19 avqust, 17:03

Qarabağ Universitetində şöbə müdiri vakansiyası elan olunub

19 avqust, 16:53

Gündə 30 dəqiqəlik oxu vərdişi beyin fəaliyyətini gücləndirir

19 avqust, 16:48

Magistraturanın boş qalan plan yerlərinə qəbulun nəticələri AÇIQLANDI

19 avqust, 16:42

Rezidenturaya qəbul olunan namizədlərin elektron qeydiyyatı başlayır

19 avqust, 15:06

Dərs otağından yay düşərgəsinə: Bahar müəllimin fərqli dərsləri

19 avqust, 14:41

Süni intellekt dövründə təhsil: Məktəblərdə yumşaq bacarıqlar necə öyrədilməlidir?

19 avqust, 14:30

"Evrika!” anı qəfil yaranır? – Alimlərdən maraqlı araşdırma

19 avqust, 13:58

Alimlər ən “süni” bakteriyanı yaradıblar 

19 avqust, 13:43

2030-cu ilədək Çinin bütün orta məktəblərində süni intellekt tətbiq ediləcək

19 avqust, 13:22

BANM tələbələri beynəlxalq proqramda 7000 ABŞ dolları mükafat qazanıblar

19 avqust, 13:05

Gəncə və Goranboyda yenilənmiş tam orta məktəblərə qəbul həyata keçirilir

19 avqust, 12:47

Geomaqnit qasırğası gözlənilir

19 avqust, 12:31

Sabahın hava proqnozu açıqlanıb

19 avqust, 12:26

Sertifikatlaşdırmada yüksək nəticə göstərənlər üçün xüsusi təşəbbüs reallaşdırılıb

19 avqust, 12:22

Yataqxanalarla bağlı normalar təsdiq olunub – QƏRAR

19 avqust, 12:13

2025-2026-cı tədris ilində ABŞ-də beynəlxalq tələbə qəbulu azalacaq

19 avqust, 11:55

Oyuncaq sabitlik simvolu olmalıdır

19 avqust, 11:41

BMU ilə Səmərqənd Dövlət Universiteti arasında əməkdaşlıq müzakirə olunub

19 avqust, 11:40

Məktəbəhazırlıq qruplarına 23 mindən çox uşaq qeydiyyatdan keçib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.