Bütün xəbərlər
11 iyul, 21:38

Müəllimlərin işə qəbulu imtahanı (MİQ) artıq başa çatıb. Bu prosesi daha yaxından izləmək, müəllim namizədlərin yaşadıqları həyəcanı yerində görmək üçün, hər il olduğu kimi, bu il də imtahan mərkəzlərindən birinə baş çəkdik.

...Həyətə toplaşan hər kəsin gözü imtahan binasının qapısına dikilmişdi. Görəsən, bu qapıdan kim necə çıxacaq? Sevinc, yoxsa təəssüflə? Sanki hər kəs bu sualın cavabını üzlərdən oxumaq istəyirdi.

Bu fikirlər içində olarkən diqqətimizi bir gənc qız çəkdi. İti addımlarla bir qadına yaxınlaşan qız həyəcanla sadəcə bir cümlə - “ana, 90 bal topladım”, – deyərək ona sarıldı. 

Maraq məni onlara tərəf çəkdi, bu qızı daha yaxından tanımaq üçün yaxınlaşdım.

Həmsöhbətimiz “Musiqi müəllimliyi” ixtisası üzrə MİQ imtahanında 90,75 bal toplayan Aysu Abbasovadır. 

İmtahan təəssüratlarını bölüşən Aysu bildirir ki, suallar meyarlara uyğun şəkildə, asan, orta və çətin səviyyələrdə tərtib olunmuşdu:

“Bəzi suallar o qədər sadə idi ki, cavablandırmaq üçün bir dəqiqə kifayət edirdi. Nəzəri suallarda isə bir qədər düşünmək lazım gəlirdi, bu da 2-3 dəqiqə vaxt aparırdı. Metodiki suallar gözlədiyimdən daha asan idi. Əlbəttə, çətin suallar da vardı, lakin onların da öhdəsindən gəlmək mümkündür. Ümumilikdə sualların qoyuluşu və məzmunu məni tam qane etdi”.

Aysu Abbasova müəllimlik peşəsinin nə qədər məsuliyyətli olduğunu artıq dərk edir. O deyir ki, gələcək nəslin formalaşmasında mühüm rol oynayan müəllimlərin seçiminin bu formada aparılması ədalətlidir: “İmtahanların elektron formada təşkili və nəticələrin yerində təqdim olunması isə prosesin şəffaflığını bir daha sübut edir”.

O, musiqi fənninin tədrisinin əhəmiyyətinə də xüsusi diqqət çəkir:

“Şagirdlərimiz akademik biliklə yanaşı, mədəniyyət və incəsənət sahəsində də məlumatlı olmalıdırlar. Bu, onların digər fənlərə daha yaradıcı yanaşmasına şərait yaradır. Orta məktəblərdə musiqi fənninin keyfiyyətli tədrisi uşaqların yaradıcı potensialının üzə çıxarılması baxımından olduqca vacibdir. Arzu edirəm ki, musiqi dərsləri sadəcə ötəri keçilən bir fənn olmasın. Məncə, digər fənlər kimi musiqi də yüksək səviyyədə tədris edilməli, uşaqlarda musiqi zövqü erkən yaşlardan formalaşdırılmalıdır. Bir müəllim kimi bu bacarıqların şagirdlərdə inkişaf etdirilməsi üçün əlimdən gələni edəcəyəm”.

Uğurun heç də asan qazanılmadığını deyən Aysu xanım bəzən çətinliklərlə qarşılaşsa da, heç vaxt seçdiyi yoldan dönməyib:

“Düşünürəm ki, insanın arzulayıb nail ola bilməyəcəyi heç bir uğur yoxdur. İstək bizi ən uca zirvələrə çatdıran gücdür. Ən əsası isə odur ki, insan istəyərsə, bütün çətinlikləri dəf etmək mümkündür”.

Hazırda onun ən böyük arzusu işğaldan azad olunmuş doğma torpağımızda – Xankəndi şəhərində müəllim işləməkdir, məhz burada ölkənin gələcəyini formalaşdıracaq şagirdlərə bilik verməkdir.

Şərhlər

Xəbər lenti

11 iyul, 19:52

Gənclərə fotoqrafiya üzrə təlim kursu keçirilir

11 iyul, 17:21

Lənkəran məktəbindən böyük uğur: Bir sinifdən 9 qırmızı attestat

11 iyul, 17:02

“MİQ məktəblərdə yüksək bilikli kollektiv formalaşdırır” – İmtahandan uğurla keçən müəllim

11 iyul, 16:59

Məktəblərdə riyaziyyatın öyrədilməsi metodikası

11 iyul, 16:23

9 illik fasilədən sonra geri döndü – MİQ-də rekord bal topladı

11 iyul, 15:55

MDU-nun tələbələri üçün mentor proqramı fəaliyyətə başlayır

11 iyul, 15:52

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi təşkil olunub

11 iyul, 14:55

BMU Pekin İnformasiya Elmləri və Texnologiyaları Universiteti ilə əməkdaşlığa başlayır

11 iyul, 14:33

Mikayıl Cabbarov: Təhsilin bütün səviyyələrində rəqəmsal biliklərin aşılanması əhəmiyyətlidir

11 iyul, 14:23

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat bitdi

11 iyul, 14:20

Vaşinqton Universitetinin professoru Pedaqoji Kollecdə seminar keçirib

11 iyul, 13:53

AzMİU-da sərbəst güləş turnirinə start verilib

11 iyul, 13:31

Biz o yerlərə qayıdacağıq…

11 iyul, 12:50

Liseylərə imtahan verən 200 şagirdin nəticəsi yenidən araşdırılacaq – Komissiya yaradılıb

11 iyul, 12:45

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri AÇIQLANDI

11 iyul, 12:42

BDU-da yüksək bal toplayanlar üçün yeni təqaüd təsis edilib

11 iyul, 12:25

İspaniya universitetinin Azərbaycanda fəaliyyətə başlama imkanı nəzərdən keçirilir – Səfir

11 iyul, 12:15

Sabahın hava proqnozu açıqlanıb

11 iyul, 11:38

MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.