Bütün xəbərlər
26 dekabr, 21:10

Dekabrın  25-də "Yaşıl dünya naminə həmrəylik ili" və "Yaşıl UNEC ili" çərçivəsində UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi və Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin təşkilatçılığı, "Baku Steel Company" QSC-nin dəstəyi ilə keçirilən "Yaşıl dünyanın Qarabağ modeli" adlı ümumrespublika elmi məqalə müsabiqəsinin yekununa həsr olunmuş tədbir keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbir ölkə başçısı İlham Əliyev tərəfindən elan olunmuş 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunub.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Vüqar Bayramov, Tural Gəncəliyev, UNEC-in elm və innovasiyalar üzrə prorektoru professor Rövnəq Əliyev, UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri professor Şəfa Əliyev ali təhsil müəssisələrinin professor-müəllim heyətinin, gənc tədqiqatçılarının müsabiqədə iştirakını yüksək qiymətləndirilib, Qarabağda yaşıl iqtisadi zonanın yaradılması, infrastrukturun bərpası yollarına həsr olunmuş elmi-tədqiqatların əhəmiyyətindən danışıblar. Azərbaycanın yaşıl  dünya modelinin bütün dünya üçün örnək olduğunu deyən natiqlər qeyd ediblər ki, bir sıra xarici qüvvələrin riyakar səylərinə baxmayaraq ölkəmizdə COP29 tədbiri böyük uğurla başa çatıb.

Müsabiqədə baxılan elmi istiqamətlər ilboyu Azərbaycanda  uğurla  reallaşdırılan və qlobal iqlim dəyişkilikləri ilə bağlı problemlərə həsr olunan COP29 kontekstində müstəsna əhəmiyyət kəsb edib. Müsabiqə iştirakçılarının təqdim etdikləri məqalələrdə alternativ enerji resurslarının formalaşdırılması, yaşıl iqtisadiyyat quruculuğunun tərkib elementlərinin müəyyənləşdirilməsi, Qarabağın “yaşıl” iqtisadiyyat və “yaşıl” enerji sahəvi strukturunun formalaşdırılması, xüsusilə günəş enerjisindən səmərəli istifadə edilməsi, su mənbələrinin ehtiyatlarının qiymətləndirilməsi, regionun ekoloji problemlərinin həll olunması problemləri və həlli yolları daha çox aktuallıq təşkil edib.

Müsabiqənin Təşkilat Komitəsinin ünvanına ölkənin müxtəlif elm və ali təhsil müəssisələrindən, tədqiqat institutlarından və mərkəzlərindən, müstəqil tədqiqatçılardan 90 məqalə daxil olub. Məqalələrin qiymətləndirilməsi zamanı əsas meyarlara məqalənin adının məzmuna uyğunluğu; aktuallığı; elmi məzmunu; praktikliyi və əsaslandırma dərinliyi müəyyənləşdirilib.

Müsabiqədə iştirak edən müəlliflərin coğrafi dairəsi ölkəmizin əksər universitetlərini və elmi-tədqiqat müəssisələrini, o cümlədən Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Xəzər Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Biznes Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası, Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutu, Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunu və s. əhatə edib.

Müsabiqənin yekunu olaraq professor-müəllim heyəti və doktorant, magistr və tələbələr üçün iki nominasiya üzrə hər bir nominasiyada ilk 3 yeri tutanlara pul mükafatları verilib. Bundan əlavə, hər iki nominasiya üzrə 13, cəmisi 26 nəfər elmi məqalə müsabiqəsi iştirakçısı sertifikata layiq görülüb. Ümumilikdə 80 məqalənin toplu şəkildə elektron kitab formatında nəşr edilməsi və UNEC-in rəsmi saytında yerləşdirilməsinə qərar verilib.

1 /1

Şərhlər

Xəbər lenti

19 avqust, 17:09

Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb

19 avqust, 17:03

Qarabağ Universitetində şöbə müdiri vakansiyası elan olunub

19 avqust, 16:53

Gündə 30 dəqiqəlik oxu vərdişi beyin fəaliyyətini gücləndirir

19 avqust, 16:48

Magistraturanın boş qalan plan yerlərinə qəbulun nəticələri AÇIQLANDI

19 avqust, 16:42

Rezidenturaya qəbul olunan namizədlərin elektron qeydiyyatı başlayır

19 avqust, 15:06

Dərs otağından yay düşərgəsinə: Bahar müəllimin fərqli dərsləri

19 avqust, 14:41

Süni intellekt dövründə təhsil: Məktəblərdə yumşaq bacarıqlar necə öyrədilməlidir?

19 avqust, 14:30

"Evrika!” anı qəfil yaranır? – Alimlərdən maraqlı araşdırma

19 avqust, 13:58

Alimlər ən “süni” bakteriyanı yaradıblar 

19 avqust, 13:43

2030-cu ilədək Çinin bütün orta məktəblərində süni intellekt tətbiq ediləcək

19 avqust, 13:22

BANM tələbələri beynəlxalq proqramda 7000 ABŞ dolları mükafat qazanıblar

19 avqust, 13:05

Gəncə və Goranboyda yenilənmiş tam orta məktəblərə qəbul həyata keçirilir

19 avqust, 12:47

Geomaqnit qasırğası gözlənilir

19 avqust, 12:31

Sabahın hava proqnozu açıqlanıb

19 avqust, 12:26

Sertifikatlaşdırmada yüksək nəticə göstərənlər üçün xüsusi təşəbbüs reallaşdırılıb

19 avqust, 12:22

Yataqxanalarla bağlı normalar təsdiq olunub – QƏRAR

19 avqust, 12:13

2025-2026-cı tədris ilində ABŞ-də beynəlxalq tələbə qəbulu azalacaq

19 avqust, 11:55

Oyuncaq sabitlik simvolu olmalıdır

19 avqust, 11:41

BMU ilə Səmərqənd Dövlət Universiteti arasında əməkdaşlıq müzakirə olunub

19 avqust, 11:40

Məktəbəhazırlıq qruplarına 23 mindən çox uşaq qeydiyyatdan keçib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.