· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Təlim-seminar keçmiş müəllimlərə sertifikatlar verildi

İyulun 11-də "Park İNN - Azərbaycan" otelində Təhsil Nazirliyi ilə "British Council" təşkilatının  birgə həyata keçirdikləri "İngilis dilinin intensiv tədrisi layihəsi" üzrə təlim-seminar keçmiş bir qrup müəllimə sertifikatların təqdim olunması mərasimi oldu.

 

Tədbirdə təhsil naziri Misir Mərdanov, "British Council"ın Azərbaycandakı direktoru xanım Nikol lə Os de Lalüvye, Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov, paytaxtın bir sıra ümumtəhsil məktəblərinin direktorları, təlim-seminar keçmiş müəllimlər    başqaları iştirak edirdilər.

Məlumat üçün bildirək ki, ingilis dili dərslərini daha maraqlı və müasir etmək üçün "British Council"  Təhsil Nazirliyi ilə birgə Azərbaycan müəllimləri üçün yeni və dinamik ingilis dili təlim kursu hazırlayıb.   Yeni olan bu təşəbbüs müasir təlim metodlarını təqdim etməklə paytaxtın ən aparıcı 60-a yaxın  ingilis dili müəlliminin səviyyəsinin  təkmilləşdirilməsini nəzərdə tutur. Bu məqsədlə 7-11 iyul tarixlərində artıq bir qrup  müəllim "İngilis dilinin intensiv tədrisi layihəsi" üzrə keçirilən  təlim-seminarda iştirak edib.

Layihə Bakı şəhərinin 7, 23, 27 nömrəli məktəbləri, "İntellekt" liseyi, S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyası, "Ankara məktəbi" məktəb-liseyi və  Beynəlxalq Təhsil Kompleksinin I və V siniflərində həyata keçiriləcək. Həmçinin sənədə əsasən, ingilis dili intensiv tədris edilən siniflər üçün yeni tədris plan və proqramlarının hazırlanması, dərsliklərin müəyyənləşdirilməsi istiqamətində mühüm işlər görülməkdədir. Belə ki, qısa müddət ərzində tədris planları hazırlanıb, proqramlar tərtib edilib və bu günlərdə təsdiq olunacaqdır.

Tədbirdə  nazir Misir Mərdanov çıxış edərək ölkəmizin ümumtəhsil məktəblərində xarici dillərin tədrisi ilə bağlı mövcud vəziyyətdən söz açdı. Bu istiqamətdə görülməsi vacib olan məsələlərdən danışdı.Təhsil naziri  bildirdi ki, mövcud problemlərin aradan qaldırılması üçün xarici dillər intensiv tədris edilməli,bunun üçün ünsiyyət əsaslı (kommunikativ) yanaşma metodikası tətbiq edilməli, müəllimlərin   peşəkarlıq səviyyəsinin artırılması sahəsində müasir və effektiv ixtisasartırma- təkmilləşdirmə sistemi tətbiq olunmalıdır.

Nazir  layihənin  həyata keçirilməsi üçün adları qeyd olunan məktəblərin  seçilməsini  həmin təhsil müəssisələrində ingilis dilinin dərindən öyrədilməsi  və lazımi kadr  potensialının  olması ilə əlaqələndirərək bu layihənin 2008-2009-cu dərs ilindən fəaliyyətə başlayacaq akademik Zərifə Əliyeva adına məktəbi də əhatə etdiyini  xüsusi vurğuladı.  Təhsil Nazirliyi ilə "British Council" təşkilatının birgə həyata  keçirdikləri "İngilis dilinin intensiv tədrisi layihəsi" üzrə təlim-seminarın əhəmiyyətinə toxunan Misir Mərdanov   bunun son nəticədə müəllimlərin peşəkarlıq və hazırlıq səviyyəsinin artırılmasına, bu dilin tədrisinin keyfiyyətinin yüksəldilməsinə xidmət etdiyini söylədi. Nazir  bütövlükdə 2003-2008-ci illərdə "British Council" təşkilatı ilə Təhsil Nazirliyinin həyata keçirdikləri birgə layihələrin əsas məqsədindən söz açaraq görülən işləri müsbət qiymətləndirdi. çıxışında  digər məsələlərə də aydınlıq gətirən təhsil naziri  sonda onları bu işdə dəstəklədiklərinə və əməli kömək göstərdiklərinə görə "British Council"ın Azərbaycandakı direktoru xanım Nikol lə Os de Lalüvyeyə və təşkilatın bütün əməkdaşlarına öz təşəkkürünü bildirdi.

"British Council"ın Azərbaycandakı direktoru Nikol lə Os de Lalüvye keçirilmiş təlim-seminarda azərbaycanlı müəllimlərin hazırlıq səviyyəsindən razı qaldığını bildirərək rəhbərlik etdiyi təşkilatla Təhsil Nazirliyinin əməkdaşlığını yüksək dəyərləndirdi. Bunun üçün təhsil naziri Misir Mərdanova minnətdarlıq etdi.

Tədbirin sonunda təhsil naziri Misir Mərdanov və "British Council"ın Azərbaycandakı direktoru Nikol lə Os de Lalüvye tərəfindən "İngilis dilinin intensiv tədrisi layihəsi" üzrə  təlim-seminarda iştirak etmiş  ingilis dili  müəllimlərinə sertifikatlar təqdim olundu.

Samirə KƏRİMOVA