· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

NDU-nun futbol komandası Avropa çempionatından diplomla qayıdıb

Xəbər verdiyimiz kimi, bu ilin mayında ali məktəb tələbələri arasında ümummilli lider Heydər Əliyevin adına təsis olunmuş kubok uğrunda futbol yarışlarında qalib gələrək 32 komanda arasında birinci yerə çıxmış Naxçıvan Dövlət Universitetinin futbol komandası Avropa tələbələrinin VI çempionatında iştirak etmişdir. çempionat 19-26 iyun 2008-ci il tarixlərində Kiyev şəhərində keçirilmişdir. 16 ölkənin tələbə futbolçularının iştirak etdiyi bu mötəbər turnirdə Naxçıvan Dövlət Universitetinin futbol komandası inamlı oyun nümayiş etdirmişdir. Olimpiya sistemi ilə keçirilən yarışda həmyerlilərimiz finlandiyalı tələbələri 2:1, lvovluları isə 6:4 hesabı ilə məğlub etmişlər.

Futbolçularımız daha bir qələbə xalını Yunanıstanın futbol komandası  yarışlardan çıxarıldığı üçün almışdır. Naxçıvanlı tələbələr daha sonra fransalı həmkarlarına 3:0, almaniyalı tələbələrə 2:1, ispanlara 3:2 hesabı ilə qalib gələrək yarışları 6-cı pillədə başa vurmuşlar. Fransadan olan tələbələr I, Ukrayna komandaları II və III, almanlar IV, ispanlar isə V yerləri tutmuşlar. Həmyerlilərimiz Türkiyə, Rusiya, Polşa, İsveçrə, Finlandiya, Kipr və Estoniya kimi ölkələrin tələbə komandalarını arxada qoymuşlar.

Avropa Tələbə Futbol Federasiyası Naxçıvan Dövlət Universitetinin futbol komandasının üzvlərini altıncı dərəcəli diplomla təltif etmişdir. Komandadan İlham Hacıyevin, Seymur Əliyevin və Kamil Hacıyevin Avropa tələbə futbolçuları yığma komandasının tərkibinə daxil edilməsi haqqında qərar qəbul olunmuşdur.

Bu günlərdə NDU-da beynəlxalq çempionatdan uğurla qayıdan tələbə futbolçularla görüş keçirilmişdir. Mərasimdə universitetin rektoru, akademik İsa Həbibbəyli futbol komandasının üzvlərini təbrik etmiş, qazanılan nailiyyəti dövlətin həyata keçirdiyi uğurlu idman siyasətinin nəticəsi kimi dəyərləndirmişdir.

Aşağıda Avropa universitetlərinin  VI  çempionatının  yekun  cədvəlini  təqdim edirik.

 

 

 

VI Avropa universitetlərarası futbol çempionatının nəticələri

 

1-ci yer

2-ci yer

3-cü yer            

4-cü yer           

5-ci yer             

6-cı yer             

7-ci yer             

8-ci yer             

9-cu yer    

10-cu yer  

11-ci yer             

12-ci yer             

13-cü yer             

14-cü yer             

15-ci yer             

-  Kaen Universiteti (Fransa)

-  Maup Universiteti (Ukrayna)

-  İvano-Frankovsk Universiteti (Ukrayna)

-  Boxum Universiteti (Almaniya)

-  Madrid Universiteti (İspaniya)

-  Naxçıvan Dövlət Universiteti (Azərbaycan)

-  İstanbul Halic Universiteti (Türkiyə)

-  Shieti Universiteti (İtaliya)

-  Proslav Universiteti (Polşa)

-  Xarkov Universiteti (Ukrayna - 3)

-  Nikoziya Universiteti (Kipr)

-  ETN Surix Universiteti (İsveçrə)

-  Yavaskula Universiteti (Finlandiya)

-  Sibir Krasnoyarsk Universiteti (Rusiya)

-  Tallin Texnoloji Universiteti (Estoniya)

"Azərbaycan müəllimi"