|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
ümumtəhsil məktəblərinin hazırlıq sinifləri üçün tədris planının təsdiqi barədə 1. Azərbaycan Respublikasının
təlim Azərbaycan, rus və gürcü dillərində aparılan
ümumtəhsil məktəblərinin, həmçinin azsaylı
xalqların uşaqları üçün təşkil edilən hazırlıq
siniflərinin 2008-2009-cu dərs ili üçün tədris planı
və ona dair qeydlər təsdiq edilsin. 2. Şəhərlər və
kənd rayonları üzrə ümumi təhsil və
məktəbəqədər tərbiyə şöbələri
(A.Muradov, A.Əhmədov) tədris planının
yerlərə çatdırılmasını və
tətbiqinə nəzarəti təmin etsinlər. 3. İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi"
qəzetində və "Təhsil
xəbərləri" məcmuəsində dərs
olunmasını təmin etsin. 4. Əmrin icrasına nəzarət
nazir müavini İ.İsgəndərova həvalə edilsin. Misir MƏRDANOV, Azərbaycan Respublikasının
təhsil naziri 31 iyul 2008-ci il Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin hazırlıq sinifləri üçün 2008-2009-cu dərs ilinə aid tədris planı (təlim
Azərbaycan, rus və gürcü dillərində) Qeydlər: 1. Məşğələlər
sentyabrın 15-də başlayır və mayın
31-də qurtarır. Dərs ili iki yarımilə bölünür:
birinci yarımil - 15 sentyabr - 29 dekabr, ikinci yarımil - 06
yanvar - 31 may. Dərs ili müddətində aşağıdakı
tətillər keçirilir: payız tətili - 6 gün - noyabrın
12-dən noyabrın 17-dək;
qış tətili 7 gün - dekabrın 30-dan yanvarın
05-dək; ikinci (əlavə) qış tətili 6 gün -
fevralın 12-dən 17-dək; yaz tətili - 8 gün - martın
16-dan 23-dək. 2. Məşğələnin
davamiyyət müddəti 45 dəqiqədir. Lakin bu, hər
bir məşğələ arasında 5 dəqiqəlik
tənəffüs olan 20 dəqiqəlik iki dövrdən
ibarətdir. üçüncü məşğələdən sonra
dinamik məşğələ təşkil edilir (açıq
havada oyunlar, ritmika və fiziki
tərbiyə ilə məşğul olmaq, ətraf
aləmlə tanışlıq zamanı gəzintilər
və ekskursiyalar), dördüncü məşğələ yüngülləşdirilmiş
qaydada aparılır (rəsm, yapma və s.). Evə tapşırıq
verilmir. 3. Uşaq bağçalarına
getməyən, cari ilin sentyabrında 5 yaşı tamam
olacaq sağlam uşaqlar hazırlıq siniflərinə
qəbul olunurlar. Xroniki tonzillit xəstəliyi və
psixinevroloji dəyişikliyi olan 5 yaşlı uşaqlar
hazırlıq siniflərinə qəbul edilmirlər. 4. Hazırlıq siniflərində uşaqların
sayı 25-dən artıq olmamalıdır. 5. Müəllim tədris-tərbiyə işlərinin
uçotunu sinif jurnalında aparır, orada məşğələlərin
mövzusunu və davamiyyəti qeyd edir. Bal sistemi ilə
qiymətləndirməyə icazə verilmir. Rəğbətləndirmənin
şifahi forması tətbiq edilir və öyrənilən
materialın mənimsənilməsindəki çatışmazlıqlar
göstərilir. Pedaqoji kadr olmadıqda xarici dilə ayrılan
vaxtın 1 saatı ana dilinin, 1 saatı isə riyaziyyatın
öyrənilməsinə verilir. 6. Hazırlıq siniflərində
məşğələlərin aparılması ibtidai
sinif müəllimlərinə tapşırılır.
|