· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

   

Azərbaycan Dövlət Uşaq Filarmoniyası nəzdində Uşaq-Gənclər Simfonik Orkestrinin və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin Uşaq Xor Kapellasının solistlərinin xüsusi təqaüdə layiq görülməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında 1996-cı il 22 iyun tarixli 464 saylı Fərmanına uyğun olaraq qərara alıram:

Azərbaycan Dövlət Uşaq Filarmoniyası nəzdində Uşaq-Gənclər Simfonik Orkestrinin və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin Uşaq Xor Kapellasının musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı solistlərinin adları Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılsın və onlar Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülsünlər:

Ağazadə Elgün Bəhram oğlu - Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli musiqi məktəbinin şagirdi

Ağazadə Şəms Balağa qızı - Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli musiqi məktəbinin şagirdi

Əsədova Aysel Xanbala qızı - Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi

Hacıyeva Günay Qostan qızı - Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi

İbrahimova Nigar Rüfət qızı - Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi

Qarayusifli Cəmilə Əziz qızı  - Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi

Quliyev Tural Vaqif oğlu - Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli musiqi məktəbinin şagirdi

Qurşumova Günel Arif qızı - Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi

Məmmədəliyev Məmmədəli Rüstəm oğlu - Bakı Musiqi Akademiyasının tələbəsi

Muradzadə Leyla Rauf qızı - Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi

Rəcəbli Məmməd Qüdrət oğlu - Bakı Musiqi Akademiyasının tələbəsi

Rəsulov Sabir Fərhad oğlu - Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli musiqi məktəbinin şagirdi

Rzayeva Həmidə Seyran qızı - Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi

Sadıqova Günel Gündüz qızı - Bakı şəhər Rəşid Behbudov adına 2 nömrəli musiqi məktəbinin şagirdi

Seyidov Anar Uran oğlu - Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi

Şixalizadə Aytac Vladimir qızı - Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi

Tağıyev Tural Telman oğlu - Bakı şəhər Rauf Hacıyev adına 15 nömrəli uşaq musiqi məktəbinin şagirdi

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 31 iyul 2008-ci il