· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

   

Prezident İlham Əliyev Salyan rayonu Qardili kənd orta məktəbi binasının açılışında iştirak edib

Prezident İlham Əliyev sentyabrın 7-də Salyan rayonuna gəlmişdir.

Dövlətimizin başçısı əvvəlcə Cəsur Əliyev adına Qardili kənd orta məktəbinin yeni binasının açılışında iştirak etdi.

Mərasimə toplaşanlar ölkə rəhbərini hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsdi, məktəbin foyesində bu təhsil ocağının əvvəlki və indiki vəziyyətini əks etdirən fotoşəkillərə, ümummilli lider Heydər Əliyevin fəaliyyətinə dair fotoguşəyə baxdı. Foyedə ulu öndər Heydər Əliyevin təhsil işçilərinin əməyinə verdiyi qiyməti təsdiqləyən "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram" kəlamı yazılmışdı.

Dövlətimizin başçısına məlumat verildi ki, Qardili kənd orta məktəbinin müəllim və şagirdləri uzun illərdən bəri köhnə binanın yaratdığı problemlərdən əziyyət çəkirdilər. Qış aylarında burada dərs keçmək daha çox çətinlik yaradırdı. Yeni bina 220 şagird üçün nəzərdə tutulmuşdur. Bu il məktəbdə təhsil alacaq 161 şagirdin təlim-tərbiyəsi ilə 21 müəllim məşğul olacaqdır. 11 sinif otağı, 2 emalatxana, 2 laboratoriya və 1 həkim otağından ibarət bina müasir istilik sistemi ilə təchiz olunmuş, transformator quraşdırılmışdır. Məktəbin həyəti abadlaşdırılmış, burada gözoxşayan yaşıllıq salınmışdır.

Azərbaycanda təhsilin inkişafında misilsiz xidmətləri olan Heydər Əliyev Fondu əvvəlki illərdə olduğu kimi, bu il də məktəbə ilk dəfə qədəm qoyacaq uşaqlara çanta, dərslik və digər məktəb ləvazimatı hədiyyə etmişdir.

Prezident İlham Əliyev birincilərin oxuyacağı sinif otağına baxdı, Heydər Əliyev Fondunun hədiyyələri ilə tanış oldu, Fondun ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdi. Məlumat verildi ki, bu təhsil ocağının kitabxanasına Prezidentin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamına əsasən çap olunmuş kitablar, kimya və fizika laboratoriyalarına isə Heydər Əliyev Fondunun nəşr etdirdiyi əyani vəsaitlər hədiyyə olunmuşdur. Hərbi hazırlıq otağı da bütün lazımi tədris vəsaiti ilə təchiz edilmişdir.

Dövlət başçısı kompüter otağına, akt və idman salonlarına da baxdı. Kompüterlərin hamısı İnternetə qoşulmuşdur. Əmək təlimi kabinetində isə uşaqlar dərzi, xalçaçı və çəkməçi peşələri üzrə kurslarda da məşğul ola biləcəklər.

Məktəblə tanışlıqdan sonra pedaqoji kollektivlə söhbət edən Prezident İLHAM ƏLİYEV dedi: - Sizi gözəl məktəbin tikilməsi münasibətilə ürəkdən təbrik edirəm. çox gözəl şərait var. Əvvəlki məktəbin şəkillərinə də baxdım. Gördüm ki, siz çox çətin vəziyyətdə işləmişsiniz. Uşaqlar da çətin vəziyyətdə oxuyublar. Amma indi bu məktəb ən gözəl səviyyədədir. Oxumaq üçün də, işləmək üçün də burada bütün imkanlar var. Mən çox şadam ki, bizim kənd məktəblərimiz də belə gözəl səviyyədədir, şəhər məktəblərindən heç nə ilə fərqlənmir. Bəlkə də, onların bəzilərindən daha da üstündür. İndi əsas məsələ burada uşaqları yaxşı oxutmaqdır, onlara yaxşı tərbiyə verməkdir ki, gələcəkdə ölkəmizin inkişafı üçün öz səylərini göstərsinlər. Sizi təbrik edirəm, uğurlar arzulayıram.

Müəllimlər yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıq etdilər.

AzərTAc

 

 

 

 

Akademik Zərifə Əliyeva adına orta məktəb ilə tanışlıq

Sentyabrın 7-də Prezident İlham Əliyev Cəlilabad şəhərindəki akademik Zərifə Əliyeva adına orta məktəbdə olmuşdur.

Dövlətimizin başçısı əvvəlcə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məktəbin həyətindəki abidəsi önünə gül dəstəsi qoydu.

Məlumat verildi ki, 1100 şagird yeri olan bu məktəb binası Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində inşa edilmiş, ötən ilin sentyabrında istifadəyə verilmişdir. üç və dördmərtəbəli tədris korpuslarından ibarət təhsil ocağı ən müasir avadanlıqla təchiz edilmişdir. Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətlərini əks etdirən fotoguşə vardır.

Kompüter otağı ilə tanış olan dövlət başçısına bildirildi ki, İnternet şəbəkəsinə qoşulmuş kompüterlər uşaqların müasir informasiya və kommunikasiya texnologiyaları sahəsində biliklərə yiyələnmələrində mühüm rol oynayacaqdır.

Məktəbin sonuncu mərtəbəsində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevaya həsr olunmuş fotoguşə yaradılmışdır.

Dövlət başçısı burada latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunmuş müxtəlif ədəbiyyatla təmin edilmiş kitabxanaya və Heydər Əliyev elektron kitabxanasına baxdı.

Prezident İlham Əliyev ayrı-ayrı fənn kabinetlərini, sinif otaqlarını və örtülü idman salonunu gəzdi, tədris işinin yüksək səviyyədə təşkili ilə bağlı tövsiyələrini bildirdi.

 

 

AzərTAc

 

 

 

Ali təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikasının ali təhsil müəssisələrində çalışan işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə yönəldilmiş stimullaşdırma sisteminin tətbiqini təmin etmək və onların sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:

1. Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşları 2008-ci il sentyabrın 15-dən orta hesabla 50 faiz artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:

2.1. Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilərin bu sərəncamın 1-ci bəndinə uyğun olaraq aylıq vəzifə maaşlarının, habelə elmi-pedaqoji stajları və həmin müəssisədə təhsil alan tələbələrin sayı ilə əlaqələndirilmiş vəzifə maaşlarına əlavələrin məbləğlərini təsdiq etsin;

2.2. Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan professor-müəllim heyətinin ümumi dərs yükünün optimallaşdırılması ilə əlaqədar müvafiq tədbirlər görsün;

2.3. Qüvvədə olan normativ-hüquqi aktların bu sərəncama uyğunlaşdırılmasını təmin etsin;

2.4. Bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Bu sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 8 sentyabr 2008-ci il

 

 

 

 

Azərbaycan Respublikası Prezidentinin xüsusi Olimpiya təqaüdünün məbləğinin artırılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

1. "Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi Olimpiya təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 oktyabr tarixli 798 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il,  N 10, maddə 594; 2006-cı il, N 5, maddə 403; 2008-ci il,  N 1, maddə 5) 1-ci bəndi ilə müəyyən edilmiş xüsusi Olimpiya təqaüdünün məbləği artırılaraq, həmin bənddə "yeddi yüz əlli" sözləri "min" sözü ilə əvəz edilsin.

2. Bu fərman imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 sentyabr 2008-ci il

 

 

 

 

 

 

 

E.ç.Məmmədliyə Azərbaycan Respublikası Prezidentinin xüsusi Olimpiya təqaüdünün verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdlərinin təsis edilməsi haqqında" 2002-ci il 10 oktyabr tarixli, 798 nömrəli fərmanına uyğun olaraq qərara alıram:

1. XXIX Pekin Yay Olimpiya Oyunlarının çempionu Elnur çingiz oğlu Məmmədliyə Azərbaycan Respublikası Prezidentinin xüsusi Olimpiya təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 sentyabr 2008-ci il

 

 

 

 

 

 

2008-2009-cu tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında" 3 sentyabr 2001-ci il tarixli 564 nömrəli fərmanına uyğun olaraq qərara alıram:

1. 2008-2009-cu tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticə göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş aşağıdakı tələbələrə Prezident təqaüdü verilsin:

 

Abbaslı Elvin Şamrud oğlu

Abbasova İlahə Qoşqar qızı

Abberin Nüşabə Ramiz qızı

Abdullayev Elçin Ələkbər oğlu

Abdullayev Zaur İmran oğlu

Abdullayeva Ləman Şamil qızı

Abdurahmanov Elvin Eldəniz oğlu

Ağai Elçin Ələddin oğlu

Allahverdiyev Rəşad Elman oğlu

Allahverdiyeva Tahirə Ceyhun qızı

Babayev Kənan Mehdi oğlu

Babayev Ramil Soltan oğlu

Babayev Rüfət Yaşar oğlu

Babayev Tural Atakişi oğlu

Bağışov Damət Bağış oğlu

Beydullayev Rahib Ramiz oğlu

Cabbarlı Leyli Rasim qızı

Cəbiyev Əvəz Niyazi oğlu

Cəbiyeva Leyla Nadir qızı

Dadaşov Elvin Vaqif oğlu

Daşdəmirova Günay Fəxrəddin qızı

Əhmədli Nərmin İslam qızı

Əhmədov Ceyhun Sərdar oğlu

Əhmədov Nurlan Cəsarət oğlu

Əliyev Ağayar Eldar oğlu

Əliyev Elnur Adil oğlu

Əliyev Emil Məmmədhüseyn oğlu

Əliyev Emil Səməndər oğlu

Əliyev Əli Ehtiram oğlu

Əliyev Orxan Ərşad oğlu

Əliyev Zülfüqar Tofiq oğlu

Əliyeva Fatimə Natiq qızı

Əliyeva Gülər Balahüseyn qızı

Əlizadə Xəlil Firudin oğlu

Əmmayev Təbriz Bilal oğlu

Əskərli Nigar İntiqam qızı

Fətəlizadə Kamal Eldar oğlu

Hacıyeva Sevinc Vaqif qızı

Həmidov Müşfiq Alik oğlu

Həsənli Ceyhun Sabir oğlu

Həsənli Ceyhun Yaqub oğlu

Həsənov Şahin İlham oğlu

Həsənova Gültəkin Akif qızı

Həsənova Şəbnəm Rəhbər qızı

Həsənova Təranə Hidayət qızı

Hümmətzadə Tural Ramazan oğlu

Hüseynov Kənan Qurban oğlu

Xəlilov Nicat Səlam oğlu

İbişova Bənövşə Balay qızı

İbrahimova Mehriban Ələkbər qızı

İmranlı Nuran Rafail oğlu

İsmayılov Məhərrəm Məhəmməd oğlu

İsmayılzadə Cavid Ramiz oğlu

İsrəfilzadə Fateh Məftun oğlu

Kərəmov Anar Əbülfəz oğlu

Qaçaylı Leyla Nofəl qızı

Qasımlı ülkər Ələsgər qızı

Qasımov Kamran Nizami oğlu

Qəhrəmanlı Şirin Cümşüd oğlu

Quliyev Xəyyam Mübariz oğlu

Quliyev Müşfiq Baxış oğlu

Quliyeva Günel Nazim qızı

Qurbanlı Əhməd Xamiz oğlu

Qurbanova Güləsər Kamal qızı

Mehrəliyev Vüsal Bəhram oğlu

Məmiyev Vüsal İsbat oğlu

Məmmədxanova Rumiyə Mahir qızı

Məmmədli Orxan Elçin oğlu

Məmmədov Amin Zakir oğlu

Məmmədov Fərid Faiq oğlu

Məmmədov Qənbər İlyas oğlu

Məmmədov Murad İsmayıl oğlu

Məmmədov Tural Ələddin oğlu

Məmmədova Aygül Nəsir qızı

Məmmədova Südabə İlham qızı

Məmmədova Şəlalə Rza qızı

Məmmədzadə Gültən Nəcməddin qızı

Məmmədzadə Mətanət Mübariz qızı

Mirzəli Elvin Fikrət oğlu

Mirzəyev Rəşad Rafayıl oğlu

Mustafazadə çinarə Yaqub qızı

Namazov Rüfət Asif oğlu

Nəcəfov Şəmsur Mənsur oğlu

Nəzirov Tural Əfqan oğlu

Orucəliyeva Nubar Ramiz qızı

Paşazadə Elgün Ramiz oğlu

Rəsulov Sənan Sahib oğlu

Rüstəmli Vüqar Oqtay oğlu

Salmanlı Faris Gündüz oğlu

Sultanlı Dilbər Vidadi qızı

Şahverənova Arzu Əlövsət qızı

Şəfəqqətov Taleh Nadir oğlu

Şirinova Səmra Mabud qızı

Şükürov Şahmar Məmmədxan oğlu

Şükürova Gülər Asif qızı

Şükürzadə Azər Məjlum oğlu

Tağızadə Murad Allahyar oğlu

Talıbov Elmar Etibar oğlu

Vəliyev Kamran Yaqub oğlu

Yaqubov Hilal Hikmət oğlu

Yunusov Eldəniz Taleh oğlu

Zodorova Aytən Məhəmməd qızı

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 8 sentyabr 2008-ci il

 

 

 

 

 

 

 

Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün artırılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikasında təhsil sahəsində yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək və onların təhsilə olan həvəsini artırmaq məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş tələbələr üçün Prezident təqaüdünün məbləği 50 faiz artırılaraq 150 (yüz əlli) manat müəyyən edilsin.

2. "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, N 9, maddə 579; 2004-cü il, N 9, maddə 684; 2006-cı il, N 12, maddə 1056) 1-ci bəndində "500.000 (beş yüz min) manat" sözləri "150 (yüz əlli) manat" sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.

4. Bu fərman 2008-ci il sentyabrın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 sentyabr 2008-ci il