· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Təhsil ocağı 55 illiyini qeyd edib

Abşeron rayonunun İ.Yusifov adına Görədil kənd orta məktəbində təhsil alan 430 şagirdin təlim-tərbiyəsi ilə 50 müəllim məşğul olur. 1953-cü ildə əsas məktəb kimi fəaliyyətə başlayan bu təhsil ocağı şagird kontingentinə görə 1988-1989-cu tədris ilində orta məktəb statusu qazanır.

Son zamanlar şagird sıxlığını aradan qaldırmaq, tədrisin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə Heydər Əliyev Fondunun vəsaiti hesabına məktəb üçün 120 şagird yerlik 8 sinif otağından ibarət əlavə korpus tikilərək istifadəyə verilmişdir.

Məktəb 2006-cı ildə rayon çərçivəsində keçirilən "İlin ən yaxşı məktəbi" müsabiqəsinin qalibi olmuşdur.

Məktəb kollektivinin ən böyük məqsədi Vətənə layiq, yüksək intellektli gənclər yetişdirməkdir. Elə bunun nəticəsidir ki, məktəbin məzunlarından hər il respublikanın ali və orta ixtisas məktəblərinə qəbul olanların sayı artır.

Bu günlərdə Görədil kənd orta məktəbi fəaliyyətinin 55 illiyini təntənə ilə qeyd etmişdir. Tədbirə toplaşan rayon rəhbərliyi və kənd əhalisinin nümayəndələri, məktəbin keçmiş məzunları və valideynlər bu təhsil ocağı haqqında ürək sözlərini demişlər. Yaşa dolmuş məzunların çıxışları tədbir iştirakçılarını duyğulandırmış, kövrək hissləri oyatmışdır.

Şagirdlərin göstərdiyi ədəbi-bədii kompozisiya  toplantı iştirakçılarının alqışlarına səbəb olmuşdur.

Sonda Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nadir Ağayev çıxış edərək məktəbin kollektivini və valideynləri bu əlamətdar hadisə münasibətilə təbrik etmiş, təhsil ocağına öz hədiyyələrini vermişdir.

Nizami MİRZƏ