· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, bilavasitə nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinə

Nəzərinizə çatdırırıq ki, Təhsil Nazirliyinin 8 oktyabr 2008-ci il tarixli, 46-14-7110/16 nömrəli təlimati məktubunda informatika fənninin ibtidai siniflərdə ixtisaslı kadrlar tərəfindən tədris olunması tələbi vurğulansa da, yerlərdə buna tam əməl olunmaması faktları mövcuddur.

Bununla əlaqədar bir daha bildiririk ki, ibtidai siniflərdə, o cümlədən yeni fənn kurrikulumları ilə tədrisə başlanan I siniflərdə informatika fənni məktəbdə ixtisaslı kadr olduğu halda həmin müəllimlər tərəfindən tədris edilməlidir. Yalnız ixtisaslı kadr olmadıqda bu fənn I sinifdə işləyən müəllimin özü tərəfindən tədris edilə bilər.

Məlumdur ki, ibtidai sinif müəllimlərinin böyük əksəriyyəti həmin fənni tədris etmək üçün müvafiq bacarıqlara malik deyillər. Ona görə də informatika fənnini I sinif müəlliminin tədris etməsi zərurəti yaranan hallarda həmin müəllimlər üçün təhsil şöbələri tərəfindən qısamüddətli təlim kursları təşkil olunmalıdır.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

6 noyabr 2008-ci il