· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz

· Bizimlə əlaqə

Əmrlər, sərəncamlar

N 260.        22.02.2008-ci il

Mir Cəlal Paşayevin 100 illik yubileyinin keçirilməsi haqqında

YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramı çərçivəsində YUNESKO Baş Konfransının 34-cü sessiyası 2008-2009-cu illərdə Mir Cəlal Paşayevin 100 illik yubileyinin rəsmi qeyd olunması ilə bağlı qərar qəbul etmişdir. Yazıçı Mir Cəlal Paşayev Azərbaycan ədəbiyyatının inkişafı və onun məzmunca zənginləşməsində mühüm rol oynamışdır. Xalq yaradıcılığı ilə klassik bədii irsin qabaqcıl ənənələrinin vəhdətini yeni formada  yaşadan və ədəbiyyata həyat gətirmiş yazıçı kimi tanınan Mir Cəlal Paşayev, eyni zamanda görkəmli tədqiqatçı-alim olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin "YUNESKO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında" 2641 nömrəli, 31 yanvar 2008-ci il tarixli sərəncamının icrasını təmin etmək məqsədilə

ƏMR EDİRƏM:

1. Yazıçı Mir Cəlal Paşayevin 100 illik yubileyinin keçirilməsinə dair nazirliyin tədbirlər planı təsdiq edilsin.

2. Naxçıvan MR təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə Şəhər Təhsil İdarəsinin, rayon, şəhər təhsil şöbələrinin müdirləri, ali, orta ixtisas, texniki peşə təhsili müəssisələrinin rəhbərləri tədbirlər planının icrasını təmin etsinlər.

3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmr və tədbirlər planının "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

4. ümumi şöbənin müdiri (İ.Mirzəyev) əmr və tədbirlər planının çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

5. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova tapşırılsın.

Təhsil naziri: Misir MƏRDANOV

N262.        22.02.2008-ci il

üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasının ilk tamaşasının 100 illik yubileyinin keçirilməsi haqqında

YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramı çərçivəsində YUNESKO Baş Konfransının 34-cü sessiyası 2008-2009-cu illərdə "Leyli və Məcnun" operasının ilk tamaşasının 100 illik yubileyinin rəsmi qeyd olunması ilə bağlı qərar qəbul etmişdir. Dahi Azərbaycan bəstəkarı üzeyir Hacıbəyovun "Leyli və Məcnun" əsərinin 1908-cu ildə birinci tamaşası milli musiqi mədəniyyəti tarixində yeni dövr açmışdır. Muğamla Avropa operasının üzvi vəhdəti arasında yaradılan "Leyli və Məcnun" Azərbaycan musiqisinin həqiqi ensiklopediyasıdır. Müsəlman Şərqində opera janrının əsası da muğam operasının bu ilk nümunəsi ilə qoyulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin üzeyir Hacıbəyovun "Leyli və Məcnun" əsərinin 100 illik yubileyi haqqında 2641 nömrəli, 31 yanvar 2008-ci il tarixli sərəncamının icrasını təmin etmək məqsədilə

ƏMR EDİRƏM:

1. Bəstəkar üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasının ilk tamaşasının 100 illik yubileyinin keçirilməsinə dair nazirliyin tədbirlər planı təsdiq edilsin.

2. Naxçıvan MR təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə Şəhər Təhsil İdarəsinin, rayon, şəhər təhsil şöbələrinin müdirləri, ali, orta ixtisas, texniki peşə təhsili müəssisələrinin rəhbərləri tədbirlər planının icrasını təmin etsinlər.

3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmr və tədbirlər planının "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

4. ümumi şöbənin müdiri (İ.Mirzəyev) əmr və tədbirlər planının çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

5. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova tapşırılsın.

Təhsil naziri: Misir MƏRDANOV

N259.        22.02.2008-ci il

Səttar Bəhlulzadənin 100 illik yubileyinin keçirilməsi haqqında

YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramı çərçivəsində YUNESKO Baş Konfransının 34-cü sessiyası 2008-2009-cu illərdə Azərbaycanın xalq rəssamı, Dövlət mükafatı laureatı Səttar Bəhlulzadənin 100 illik yubileyinin rəsmi qeyd olunması ilə bağlı qərar qəbul etmişdir. Xalq rəssamı Səttar Bəhlulzadənin adı Azərbaycan boyakarlıq sənəti tarixinə mənzərə janrının yaradıcılarından biri kimi həmişəlik həkk olunmuşdur. Səttar Bəhlulzadə müxtəlif rənglərin yeni çalarlarını kəşf edərək onların ahəngindən gözəl lövhələr yaratmışdır. Rəssamın rəng palitrasının zənginliyi, poetik əhval-ruhiyyə və kolorit gözəlliyi ilə seçilən orijinal üslublu əsərləri milli təsviri sənətin ən qiymətli inciləri sırasındadır.

Azərbaycan Respublikası Prezidentinin "YUNESKO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında" 2641 nömrəli, 31 yanvar 2008-ci il tarixli sərəncamının icrasını təmin etmək məqsədilə

ƏMR EDİRƏM:

1. Xalq rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyinin keçirilməsinə dair nazirliyin tədbirlər planı təsdiq edilsin.

2. Naxçıvan MR təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə Şəhər Təhsil İdarəsinin, rayon, şəhər təhsil şöbələrinin müdirləri, ali, orta ixtisas, texniki peşə təhsili müəssisələrinin rəhbərləri tədbirlər planının icrasını təmin etsinlər.

3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmr və tədbirlər planının "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

4. ümumi şöbənin müdiri (İ.Mirzəyev) əmr və tədbirlər planının çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

5. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova tapşırılsın.

Təhsil naziri: Misir MƏRDANOV

N261.        22.02.2008-ci il

Musa Əliyevin 100 illik yubileyinin keçirilməsi haqqında

YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramı çərçivəsində YUNESKO Baş Konfransının 34-cü sessiyası 2008-2009-cu illərdə akademik Musa Əliyevin 100 illik yubileyinin rəsmi qeyd olunması ilə bağlı qərar qəbul etmişdir. Tanınmış geoloq-alim, 1939-1941-ci illərdə indiki Azərbaycan Dövlət Neft Akademiyasının rektoru, 1950-1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti olmuş akademik Musa Əliyev ölkəmizdə elmin inkişafı naminə müstəsna xidmətlər göstərmişdir.

Azərbaycan Respublikası Prezidentinin "YUNESKO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında" 2641 nömrəli, 31 yanvar 2008-ci il tarixli sərəncamının icrasını təmin etmək məqsədilə

ƏMR EDİRƏM:

1. Akademik Musa Əliyevin 100 illik yubileyinin keçirilməsinə dair nazirliyin tədbirlər planı təsdiq edilsin.

2. Elm, Ali və orta ixtisas təhsili şöbələrinin müdirləri, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Neft Akademiyasının rektorları tədbirlər planının icrasını təmin etsinlər.