· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Muradallı kəndində 160 yerlik tədris korpusu istifadəyə veriləcək

 

İmişli rayonunun Muradallı kəndində 8 sinif otağı olacaq 160 yerlik tədris korpusunun tikintisi başa çatmaq üzrədir.

İndiyədək 250 yerlik kənd məktəbi uyğunlaşdırılmış binada yerləşirdi. Yardımçı tədris müəssisəsinin yeni dərs ilinin əvvəlindən istifadəyə verilməsi məktəbdə təhsilin səviyyəsinin yüksəlməsinə imkan yaradacaqdır.

 

 

 

Hacıqabul rayonunda yeni məktəb binası inşa olunur

 

Hacıqabul rayonunun Qarasu kəndində Təhsil Nazirliyinin sifarişi ilə 620 şagird yeri olan məktəb binasının tikintisinə başlanmışdır.

Kompüter kabineti, 31 sinif otağı, kitabxana, idman zalı, istilik sistemi, nasosxana və 2 hektar həyətyanı sahəsi olacaq bu təhsil ocağının gələn ilin sentyabrında istifadəyə verilməsi nəzərdə tutulur.